“Memarlıq həqiqətləri – Misir” adlı fotosərgisi açılıb

Aprelin 18-də Frankofoniya həftələri çərçivəsində Litva səfirliyinin dəstəyi ilə bu ölkədən olan fotoqraf Qiedrius Jokubauskisin “Memarlıq həqiqətləri – Misir” adlı fotosərgisi açılıb.Azərtac xəbər verir ki, sərgidə iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Beynəlxalq Frankofoniya həftələri çərçivəsində artıq 30 tədbirin təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu tədbirlər böyük maraqla qarşılanıb. Səfir Frankofoniya həftələrinin gələcək illərdə də keçiriləcəyinə əminliyini bildirib.Litvanın Azərbaycandakı səfirliyinin konsulu Danielius Turskis çıxış edərək vurğulayıb ki, Litva 1999-cu ildən Frankofoniya təşkilatında müşahidəçi ölkə qismində çıxış edir. Səksən dörd üzv və müşahidəçi ölkədən ibarət olan Frankofoniya müxtəlif dinlərə ibadət edən insanların bir-birini tanımalarına və başa düşmələrinə kömək edir. Frankofoniya həftələri mədəniyyətlərarası dialoqun inkişafına da böyük töhfə verir.Sərgidə nümayiş etdirilən fotolardan aydın hiss olunur ki, müəllifin nəzərləri müxtəlif məqamlarda insanla memarlıq arasında estetik reallıq yaradan şəhər mənzərəsindən memarlığın xüsusi fraqmentlərinə yönəlib. Fotolarda Misirin mədəni, dini və siyasi reallıqları ətraflı şəkildə əksini tapıb.xeber100.com

Aprel 19, 2017 12:04

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 28-də beşinci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq.Nazirlikdən Azərtac-a bildirilib ki, sentyabrın 30-dək Bakı İdman Sarayında keçiriləcək sərgi-yarmarkanın təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması ilə yanaşı, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçirilir.İştirakçı müəssisələr tərəfindən nəşr məhsullarının nümayişi ilə yanaşı, satışı da təşkil edilir.Sərgi-yarmarkanın son günü iştirakçılar (müəssisələr) arasından seçilmiş qaliblərə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” mükafatları təqdim olunur.Cari ildə sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və başqa qurumların iştirakı gözlənilir.V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec avqustun 14-dək sərgi-yarmarkanın Təşkilat Komitəsinə təqdim olunmalıdır.xeber100.com

Aprel 18, 2017 12:13