28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Könül nəğmələri” adlı konsert proqramı keçiriləcək

Yanvarın 31–də Heydər Əliyev Sarayında bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.Sarayın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Könül nəğmələri” adlı konsertdə Xalq artistləri Yalçın Rzazadə, Azər Zeynalov, Samir Cəfərov, Brilyant Dadaşova, Heydər Anatollu, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Röya, Teymur Əmrah, İlqar Muradov, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Xəyyam Nisanov, Emiliya Yaqubova və “Qaya” qrupu iştirak edəcəklər.xeber100.com  

Yanvar 5, 2017 10:52

“Muğam gecəsi” keçiriləcək

Yanvarın 16-da Filarmoniyada tamaşaçılara “Muğam gecəsi” adlı konsert proqramı təqdim olunacaq.Filarmoniyadan Azərtac-a bildirilib ki, musiqili gecə Azərbaycan televiziyasının “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.Gecədə istedadlı gənc ifaçılar AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnılarını da səsləndirəcəklər.Ansamblın bədii rəhbəri tanınmış dirijor Adil Bağırovdur.xeber100.com

Yanvar 4, 2017 12:23

Pantomima Teatrı yanvar ayı üçün repertuarını təqdim edir

Azərbaycan Dövlət Pantomima Teatrının yanvar repertuarı da maraqlı tamaşalarla zəngindir. Teatr yanvar ayına olan repertuarını təqdim edir: 7,8 yanvar – “Katarsis”; 14 yanvar – “Son ştrix”; 15 yanvar – “Pantomima buketi”; 21 yanvar – “Underground” (yeni tamaşa); 22 yanvar – “Fəlakət və insan” (uşaq tamaşası), “Adajio”; 28 yanvar – “Dejavü”; 29 yanvar – “Fəlakət və insan” (uşaq tamaşası), “No Comment”. Tamaşalar böyüklər üçün saat 18:00-da, uşaqlar üçün isə saat 14:00-da başlanır.xeber100.com

Yanvar 4, 2017 12:12

“Kainat naxışları Minabi” adlı sərgi açılacaq

Fevralın 8-də Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Milena Nəbiyevanın “Kainat naxışları Minabi” adlı fərdi sərgisi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, sərgi fevralın 11-dək davam edəcək.Milena Nəbiyevanın əsərləri sırasında milli dəyərlərimizə söykənən təsvirlər xüsusi yer tutur. Yaratdığı rəngkarlıq nümunələri rəssamın incə zövqü ilə yanaşı, düşüncələrini və daxili aləmini də əks etdirir.xeber100.com

Yanvar 3, 2017 1:28

Xatirə gecəsi keçiriləcək

Yanvarın 27-də Filarmoniyada bəstəkar Nazim Əliverdibəyovun 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.Filarmoniyadan Azərtac-a bildirilib ki, tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.xeber100.com

Yanvar 3, 2017 1:13

“Məhəbbət əfsanəsi” Sankt-Peterburq səhnəsində…

2017-ci il yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.Azərtac teatrın saytına istinadla xəbər verir ki, yanvarın 11-də səhnə əsərində Fərhad obrazını həmvətənimiz Timur Əsgərov ifa edəcək.xeber100.com

Yanvar 2, 2017 1:15

Azərbaycanfilm” kinostudiyasının məlumatı…

Rafiq Əliyevin və Cavid Təvəkkülün “Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq film festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək.Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyevdir.xeber100.com

Yanvar 2, 2017 1:10

Milli Dram Teatrı yanvar repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın yanvar repertuarını təqdim edir. 1, 2, 3, 4, yanvar - Yeni il şənliyi 13 yanvar - “Ölülər” 14 yanvar - “Vəsiyyət” 15 yanvar - “Müfəttiş” 20 yanvar - “Xəcalət” 21, 22 yanvar - “Almaz” 27 yanvar - “Ölülər” 28 yanvar - “Vəsiyyət” 29 yanvar - “Xanuma”

Yanvar 1, 2017 12:30

“YARAT”da ustad dərsləri təşkil olunub

“YARAT” Müasir İncəsənət Mərkəzində İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə ustad dərsləri təşkil olunub.Azərtac xəbər verir ki, dünyaca məşhur fotoqraf ustad dərsləri çərçivəsində moda fotoqrafiyası və aspektləri haqqında danışaraq dünyanın ən əla brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşüb. Mühazirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maraq doğuran məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, bir sıra dünya şöhrətli şəxslərin portretini çəkməklə populyarlıq qazanan fotoqraf hazırda dünyanın ən məşhur moda brendləri ilə əməkdaşlıq edir.xeber100.com

Dekabr 31, 2016 12:28

Rusiya istehsalı olan filmlərin nümayişinə başlanılıb

Nizami Kino Mərkəzində “Qar Kraliçası: 3 alov və buz” 3D animasiya və “Vikinq” bədii filmlərinin nümayişinə başlanılıb.Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Rusiya istehsalı olan “Vikinq” filmini rejissor Andrey Kravçuk tarixi dram janrında çəkib.Filmdə rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.Rusiya istehsalı olan “Qar Kraliçası: 3 alov və buz” 3D formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir.Macəra və ailəvi komediya janrında çəkilən filmdə rolları Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları canlandırıb.xeber100.com

Dekabr 31, 2016 12:06
    Page 160 of 219« First«...102030...158159160161162...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az