03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Milli Dram Teatrının məlumatına görə…

Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, Vokal üzrə repetitor Zeynab Safinadır.Dilbər İsmayılovanın idarə etdiyi səhnə əsərində əsas rolları Xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı və digərləri ifa edib.Əsərin əsas qəhrəmanı olan Xanuma obrazı XIX əsrdə Tiflisdə yaşayan azərbaycanlı qadının prototipidir.xeber100.com      

Aprel 17, 2017 12:25

İncəsənət Muzeyində sərgi açılacaq

Mayın 3-də Müasir İncəsənət Muzeyində rəssam N.Məmmədovun “Xoşbəxtlik düsturu” adlı fərdi sərgisi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, mayın 31-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq. Bu əsərlərin arasında rəssamın “Dua” adlı pastellər silsiləsi var. Kağız fonda güclə nəzərə çarpan plastik obrazlar uzun illərboyu rəssamı müşayiət edən qoruyucu mələklər kimi asta, sonsuz bir karvantək bir-birini əvəz edir.xeber100.com

Aprel 16, 2017 2:03

Dövlət Film Fondunda xatirə gecəsi keçiriləcək

Aprelin 19-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyevin xatirə gecəsi keçiriləcək.Azərtac xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə mərhumun sənət dostları, kinoşünaslar, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.Xatırladaq ki, Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayıb. O, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərinin rejissoru olub, “Dəli Kür” filmində Şamxal obrazını yaradıb.xeber100.com

Aprel 16, 2017 11:49

Sankt-Peterburq Dövlət Akademik teatrı təqdim edir

Mayın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının konsert zalında V.A.Motsartın “Fiqaronun toyu” operası nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Bartolo obrazını həmvətənimiz Timur Abdikeyev canlandıracaq.T.Abdikeyev Mariya Teatrının opera truppası ilə birlikdə Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərində qastrollarda olub. O, Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə bir səhnəni bölüşüb.xeber100.com

Aprel 16, 2017 11:47

“XXI əsr, Nuhun gəmisi” adlı sərgi açılıb

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda  sənətşünas X.Həsənzadənin “XXI əsr Nuhun gəmisi” adlı fərdi sərgisi açılıb.Azərtac xəbər verir ki, Rəssamlar İttifaqının sədri sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu əsərlər müəllifin təxəyyülünün orijinallığı, dünyaya fəlsəfi baxışı ilə başqalarından fərqlənir. Əsasən qrafik əsərlərdən ibarət sərgidə rəsmlərə verilən adların da fərdi olması və təqdim olunan məzmun yozumu da fərqlidir.Xalq Rəssamı Arif Hüseynov, Xalq Şairi Nəriman Həsənzadə və digər çıxış edənlər müəllifin çoxmənalı “metamarfoza”larını, təxəyyülünün, dünyaya baxışının rəngarəngliyi, fəlsəfiliyi ilə tamaşaçını ələ aldığını, düşünməyə çağırdığını söyləyiblər.xeber100.com

Aprel 15, 2017 4:01

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Aprelin 18-dən “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamın seçimi” adlı silsilə film nümayişinə başlanılacaq.Azərtac xəbər verir ki, layihə çərçivəsində əvvəlcə tanınmış rejissor Tarsem Sinqhin “Enmə” filmi nümayiş ediləcək.Silsilə nümayişin əhəmiyyəti ondan ibarətdir ki, iştirakçılar “YARAT”da açılmış “Əziz sevgilim” sərgisini seyr etməklə yanaşı, həmin sərginin müəllifi rəssam Orxan Hüseynovun təklif etdiyi filmlərə baxa biləcəklər. Təqdim olunacaq ekran əsərləri sərginin konsepsiyasını əks etdirir.ABŞ və Hindistanın birgə istehsalı olan filmin xronometrajı 1 saat 17 dəqiqədədir. Filmin baş qəhrəmanı Hollivud kaskadyoru Roy Uoker çəkiliş zamanı körpü üzərində uğursuz tryuk nəticəsində travma aldıqdan sonra ayaqları iflic olur. O, xəstəxanada müalicəsini davam etdirir və vaxtını səmərəli keçirmək üçün Aleksandriya adlı qızcığaza nağıllar danışır.Filmin nümayişində hər kəs iştirak edə bilər.xeber100.com

Aprel 15, 2017 3:56

Xalça Muzeyində fərdi sərgi açılacaq

Aprelin 14–də Azərbaycan Xalça Muzeyində Əməkdar Rəssam İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, sərgidə 48 ədəd batika nümunəsi təqdim olunacaq. Bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı “Simurq” və “Təsadüf” silsilələrindən olan rəsm nümunələridir.Sərgi mayın 2-dək davam edəcək.xeber100.com

Aprel 14, 2017 2:09

İncəsənət Muzeyində təqdimat keçiriləcək

Aprelin 15-də Milli İncəsənət Muzeyində milli geyimlərimizin interaktiv təqdimatı keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbirdə Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunan mühazirə oxunacaq.Mühazirədən əlavə arzu edənlər milli bədii tikmə sənəti üzrə ustad-dərsində iştirak edə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.xeber100.com

Aprel 14, 2017 2:01

“Kapellhaus” VII əl işləri festivalı öz işinə başlayıb

Aprelin 14-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində VII əl işləri festivalı öz işinə başlayıb. Festival çərçivəsində “Təxəyyülün gücü” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, sərgidə “Bəzək” yaradıcı gənclər birliyinin və Bakı Keramika Mərkəzinin, eləcə də digər yaradıcı kollektivlərin təqdim etdiyi əl işləri maraqla qarşılanıb.Tədbirin təşkilatçısı Təranə Cəfərova festivalda 65 iştirakçının 1500-dən çox əl işinin nümayiş olunduğunu söyləyib. Keramika sənəti, toxuculuq nümunələri, bəzək əşyaları, rəngli boya ilə çəkilmiş tablolar, şüşə üzərində əl işlərini festival iştirakçıları maraqla qarsalayıblar.Festival çərçivəsində Bakı Keramika Mərkəzinin rəhbəri Mir-Teymur Məmmədov maraqlananlar üçün ustad dərsi keçib.Festival 2 gün davam edəcək.xeber100.com

Aprel 14, 2017 1:52

Mədəniyyət günlərinin açılışı olub

Aprelin 12-də Musiqili Teatrda Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin mədəniyyət günlərinin açılışı olub.Tədbirdə çıxış edən Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq, qardaşlıq əlaqələrinin dərin kökləri olduğunu bildirib. Diplomat, ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bir daha diqqətə çatdırıb.Vurğulanıb ki, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşmasında mədəniyyətin rolu danılmazdır.Sonra Qızıl Orda vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.xeber100.com  

Aprel 13, 2017 12:48
    Page 133 of 218« First«...102030...131132133134135...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az