15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Aprelin 18-dən “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamın seçimi” adlı silsilə film nümayişinə başlanılacaq.Azərtac xəbər verir ki, layihə çərçivəsində əvvəlcə tanınmış rejissor Tarsem Sinqhin “Enmə” filmi nümayiş ediləcək.Silsilə nümayişin əhəmiyyəti ondan ibarətdir ki, iştirakçılar “YARAT”da açılmış “Əziz sevgilim” sərgisini seyr etməklə yanaşı, həmin sərginin müəllifi rəssam Orxan Hüseynovun təklif etdiyi filmlərə baxa biləcəklər. Təqdim olunacaq ekran əsərləri sərginin konsepsiyasını əks etdirir.ABŞ və Hindistanın birgə istehsalı olan filmin xronometrajı 1 saat 17 dəqiqədədir. Filmin baş qəhrəmanı Hollivud kaskadyoru Roy Uoker çəkiliş zamanı körpü üzərində uğursuz tryuk nəticəsində travma aldıqdan sonra ayaqları iflic olur. O, xəstəxanada müalicəsini davam etdirir və vaxtını səmərəli keçirmək üçün Aleksandriya adlı qızcığaza nağıllar danışır.Filmin nümayişində hər kəs iştirak edə bilər.xeber100.com

Aprel 15, 2017 3:56

Xalça Muzeyində fərdi sərgi açılacaq

Aprelin 14–də Azərbaycan Xalça Muzeyində Əməkdar Rəssam İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, sərgidə 48 ədəd batika nümunəsi təqdim olunacaq. Bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı “Simurq” və “Təsadüf” silsilələrindən olan rəsm nümunələridir.Sərgi mayın 2-dək davam edəcək.xeber100.com

Aprel 14, 2017 2:09

İncəsənət Muzeyində təqdimat keçiriləcək

Aprelin 15-də Milli İncəsənət Muzeyində milli geyimlərimizin interaktiv təqdimatı keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbirdə Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunan mühazirə oxunacaq.Mühazirədən əlavə arzu edənlər milli bədii tikmə sənəti üzrə ustad-dərsində iştirak edə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.xeber100.com

Aprel 14, 2017 2:01

“Kapellhaus” VII əl işləri festivalı öz işinə başlayıb

Aprelin 14-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində VII əl işləri festivalı öz işinə başlayıb. Festival çərçivəsində “Təxəyyülün gücü” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, sərgidə “Bəzək” yaradıcı gənclər birliyinin və Bakı Keramika Mərkəzinin, eləcə də digər yaradıcı kollektivlərin təqdim etdiyi əl işləri maraqla qarşılanıb.Tədbirin təşkilatçısı Təranə Cəfərova festivalda 65 iştirakçının 1500-dən çox əl işinin nümayiş olunduğunu söyləyib. Keramika sənəti, toxuculuq nümunələri, bəzək əşyaları, rəngli boya ilə çəkilmiş tablolar, şüşə üzərində əl işlərini festival iştirakçıları maraqla qarsalayıblar.Festival çərçivəsində Bakı Keramika Mərkəzinin rəhbəri Mir-Teymur Məmmədov maraqlananlar üçün ustad dərsi keçib.Festival 2 gün davam edəcək.xeber100.com

Aprel 14, 2017 1:52

Mədəniyyət günlərinin açılışı olub

Aprelin 12-də Musiqili Teatrda Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin mədəniyyət günlərinin açılışı olub.Tədbirdə çıxış edən Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq, qardaşlıq əlaqələrinin dərin kökləri olduğunu bildirib. Diplomat, ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bir daha diqqətə çatdırıb.Vurğulanıb ki, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşmasında mədəniyyətin rolu danılmazdır.Sonra Qızıl Orda vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.xeber100.com  

Aprel 13, 2017 12:48

Dövlət Kreml Sarayında konsert proqramı təqdim ediləcək

Mayın 31-də Dövlət Kreml Sarayında Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən “Sənsiz nəğmə yoxdur” adlı konsert proqramı təqdim ediləcək. Konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında reallaşacaq.Azərtac Dövlət Kreml Sarayının saytına istinadla xəbər verir ki, konsertdə Dmitri Yurovskinin dirijorluğu ilə “Rus filarmoniyası” Moskva simfonik orkestri, habelə Rusiya Dövlət Akademik Böyük Teatrının, K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Y.Kolobov adına Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər. Konsertin xüsusi qonağı Vasilisa Berjanskaya (metso-soprano) olacaq.xeber100.com

Aprel 13, 2017 12:45

Milli Dram Teatrının məlumatına görə…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan yeni eyniadlı tamaşa nümayiş olunub.Teatrdan Azərtac-a bildirilib ki, tamaşada Almaz rolunu Əməkdar Artist Məsmə Aslanqızı ifa edib.Ceyran Həsənlinin idarə etdiyi səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov və başqaları ifa ediblər.Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də baş tutub.xeber100.com

Aprel 11, 2017 12:43

Opera və Balet Teatrında təqdimat

Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - “İl Tabarro” (Plaş) təqdim olunub.Teatrdan bildirilib ki, almaniyalı dirijor Qut İmmlinqin idarə etdiyi səhnə əsərinin bədii rəhbəri Korneliya fon Kerssenbrokdur. Operada Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlər Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova və Tələt Hüseynov çıxış ediblər. Sevgi, romantika, xəyanət və sonu ölümlə nəticələnən səhnə əsərini daha baxımlı edən isə tamaşaçı zövqünü oxşayan musiqi olub. Digər operalardan kəskin dramatik süjet xətti ilə fərqlənən əsər maraqla qarşılanıb.Qeyd edək ki, opera ilk dəfə teatrda 2014-cü ildə səhnəyə qoyulub.xeber100.com

Aprel 11, 2017 12:39

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Aprelin 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində fransalı rejissor Sedrik Klapişin “Paris” filmi nümayiş olunacaq.Azərtac xəbər verir ki, xronometrajı 1 saat 30 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə təqdim ediləcək.Film xəstə və ölüm ayağında olan Paris sakininin həyatından bəhs edir. Onun qarşılaşdığı vəziyyət həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Frankofoniya həftələri çərçivəsində nümayiş olunacaq ekran əsərində tanınmış aktyorlar Fabris Luçini, Romen Duris, Jofre Platel və başqaları iştirak edir.Filmin nümayişində hər kəs iştirak edə bilər.xeber100.com

Aprel 10, 2017 12:48

XVII “Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində…

Ukraynanın Poltava şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.Azərtac xəbər verir ki, Ukrayna Karikaturaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş XVII “Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində təşkil olunmuş sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunub.Qeyd edək ki, bu ilin sonunadək B.Hacızadənin Moskva, Barselona, Təbriz, Sofiya və Ankarada da fərdi sərgiləri açılacaq.xeber100.com

Aprel 10, 2017 12:42
    Page 134 of 219« First«...102030...132133134135136...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az