03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Dövlət Kreml Sarayında konsert proqramı təqdim ediləcək

Mayın 31-də Dövlət Kreml Sarayında Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən “Sənsiz nəğmə yoxdur” adlı konsert proqramı təqdim ediləcək. Konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında reallaşacaq.Azərtac Dövlət Kreml Sarayının saytına istinadla xəbər verir ki, konsertdə Dmitri Yurovskinin dirijorluğu ilə “Rus filarmoniyası” Moskva simfonik orkestri, habelə Rusiya Dövlət Akademik Böyük Teatrının, K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Y.Kolobov adına Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər. Konsertin xüsusi qonağı Vasilisa Berjanskaya (metso-soprano) olacaq.xeber100.com

Aprel 13, 2017 12:45

Milli Dram Teatrının məlumatına görə…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan yeni eyniadlı tamaşa nümayiş olunub.Teatrdan Azərtac-a bildirilib ki, tamaşada Almaz rolunu Əməkdar Artist Məsmə Aslanqızı ifa edib.Ceyran Həsənlinin idarə etdiyi səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov və başqaları ifa ediblər.Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də baş tutub.xeber100.com

Aprel 11, 2017 12:43

Opera və Balet Teatrında təqdimat

Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - “İl Tabarro” (Plaş) təqdim olunub.Teatrdan bildirilib ki, almaniyalı dirijor Qut İmmlinqin idarə etdiyi səhnə əsərinin bədii rəhbəri Korneliya fon Kerssenbrokdur. Operada Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlər Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova və Tələt Hüseynov çıxış ediblər. Sevgi, romantika, xəyanət və sonu ölümlə nəticələnən səhnə əsərini daha baxımlı edən isə tamaşaçı zövqünü oxşayan musiqi olub. Digər operalardan kəskin dramatik süjet xətti ilə fərqlənən əsər maraqla qarşılanıb.Qeyd edək ki, opera ilk dəfə teatrda 2014-cü ildə səhnəyə qoyulub.xeber100.com

Aprel 11, 2017 12:39

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Aprelin 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində fransalı rejissor Sedrik Klapişin “Paris” filmi nümayiş olunacaq.Azərtac xəbər verir ki, xronometrajı 1 saat 30 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə təqdim ediləcək.Film xəstə və ölüm ayağında olan Paris sakininin həyatından bəhs edir. Onun qarşılaşdığı vəziyyət həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Frankofoniya həftələri çərçivəsində nümayiş olunacaq ekran əsərində tanınmış aktyorlar Fabris Luçini, Romen Duris, Jofre Platel və başqaları iştirak edir.Filmin nümayişində hər kəs iştirak edə bilər.xeber100.com

Aprel 10, 2017 12:48

XVII “Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində…

Ukraynanın Poltava şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.Azərtac xəbər verir ki, Ukrayna Karikaturaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş XVII “Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində təşkil olunmuş sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunub.Qeyd edək ki, bu ilin sonunadək B.Hacızadənin Moskva, Barselona, Təbriz, Sofiya və Ankarada da fərdi sərgiləri açılacaq.xeber100.com

Aprel 10, 2017 12:42

“Teatr Baharı- 2017” teatr festivalı keçirəcək

Türk xalqlarının dostluq və qardaşlıq ənənələrini yaşatmaq, bu xalqları birləşdirən qeyri-maddi mədəni irs nümunələrini nəsildən-nəslə ötürmək məqsədilə TÜRKSOY və Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə aprelin 18-21-də Türküstan şəhərində türk dünyası teatrlarının iştirak edəcəyi “Teatr Baharı- 2017” teatr festivalı keçirəcək.Festivalda İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Xaqani Əliyevin quruluşunda hazırlanan “Molla Nəsrəddin evlənir...” tamaşası ilə çıxış edəcək.xeber100.com    

Aprel 8, 2017 1:57

“Milli sərvətimizdir muğam” adlı konsert proqramı təqdim ediləcək

Mayın 31-də Heydər Əliyev Sarayında “Milli sərvətimizdir muğam” adlı konsert proqramı təqdim ediləcək.Azərtac xəbər verir ki, istedadlı gənc muğam ifaçılarının iştirakı ilə keçiriləcək konsertdə bənzərsiz muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnıları da səslənəcək.Konsertdə muğam müsabiqələrinin laureatları olan gənc muğam ifaçıları Ariz Hüseynov, Nigar Rəhimova, Günay İmamverdiyeva, Mehman Hüseynov, Elgiz Əliyev, Babək Quliyev, Vüqar Qarabağlı və başqaları iştirak edəcəklər.xeber100.com

Aprel 8, 2017 1:32

Rəssamlar İttifaqında fərdi sərgi açılacaq

Aprelin 14-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda rəssam Xatirə Həsənzadənin fərdi sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgidə fırça ustasının müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.Sərgi bir həftə davam edəcək.xeber100.com

Aprel 7, 2017 12:33

“Art Tower” qalereyasında “Bahar” adlı rəsm sərgisi açılıb

İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin “Bahar” adlı rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə gerçəkləşib. Sərgidə məktəbin şagirdlərinin bahar fəslinə həsr edilmiş müxtəlif janrlı əsərləri nümayiş olunub.2010-cu ildən fəaliyyət göstərən “Arts School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının layihəsidir və gənc rəssamların sənətə olan marağını inkişaf etdirmək məqsədi daşıyır. Layihənin rəhbəri Sona Quliyevadır.Sərgi aprelin 10-dək davam edəcək.xeber100.com

Aprel 6, 2017 12:22

Mədəniyyət nazirlikləri bir sıra layihələr hazırlayıb

"Azərbaycan bizə yaxın qonşu, ən başlıcası dost və qardaş ölkədir. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrimiz inkişaf edir".Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze deyib.Nazir bildirib ki, Azərbaycanın və Gürcüstanın mədəniyyət nazirlikləri bir sıra layihələr hazırlayıb. Son illər musiqi kollektivlərimiz qarşılıqlı səfərlər həyata keçirir, maraqlı konsert proqramları ilə çıxış edirlər.M.Georqadze deyib: “Hazırda Tbilisi Konservatoriyasının tələbələri Azərbaycanda səfərdədirlər. Onlar Bakıda azərbaycanlı tələbələrlə birgə maraqlı proqramlarla çıxış edəcəklər. Azərbaycan Milli Konservatoriyasının tələbələri də yaxın vaxtlarda Gürcüstana səfər edəcəklər. Düşünürəm ki, azərbaycanlı tələbələrin Gürcüstan paytaxtında təqdim edəcəkləri musiqi nömrələri gürcü ictimaiyyətinin xoşuna gələcək. Biz də onlara lazımi dəstəyi göstərəcək, konsert vermələri üçün şərait yaradacağıq”.xeber100.com

Aprel 6, 2017 12:14
    Page 134 of 218« First«...102030...132133134135136...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az