29 İyul 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

İstiqlal Muzeyinin təşkilatçılığı ilə…

Bakıdakı şəhid Mirələkbər İbrahimov adına 153 nömrəli orta məktəbdə Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Torpaq uğrunda ölən varsa Vətəndir!” layihəsi çərçivəsində tədbir keçirib. Azərtac xəbər verir ki, tədbir Mirələkbər İbrahimova həsr olunub. Əvvəlcə tədbir iştirakçıları Milli Qəhrəmanın məktəbin önündəki abidəsi üzərinə tər çiçəklər düzüblər. Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış milli qəhrəmanların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş olunub. Məktəbin direktoru Təranə Paşayeva, direktor müavini Mətanət Cəfərova, şəhidin oğlu Cavid İbrahimov və başqaları milli qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan danışıblar. Onların şərəfli həyat yolunun gənc və yeniyetmələrə örnək olduğu bildirilib. Tədbir şagirdlərin ifasında milli qəhrəmanlara həsr edilmiş ədəbi-bədii kompozisiya ilə sona çatıb.xeber100.com

Oktyabr 1, 2016 4:30

Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib

Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında - Niyazinin mənzil-muzeyində, Vaqif Mustafazadənin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib. Musiqi Mədəniyyəti Dövlət Muzeyindən Azərtac-a bildirilib ki, gün ərzində bu muzeylərdə beynəlxalq müsabiqələr laureatları Fuad Əlizadə, Seyidxanım Babayeva və Nigar Quliyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib, muzeyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.xeber100.com

Oktyabr 1, 2016 4:25

Opera və Balet Teatrı oktyabr repertuarını təqdim edir

Oktyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında maraqlı tamaşalar nümayiş olunacaq. Teatrın oktyabr ayı üçün nəzərdə tutulan repertuarını təqdim edirik. 1 oktyabr- “Jizel” 2 oktyabr- “Arşın mal alan” 5 oktyabr- “Balero”, “Tamahlar” 8 oktyabr- “Sevilya bərbəri” 9 oktyabr- “Romeo və Cülyetta”, “Karmen Süita” 12 oktyabr- “Əsli və Kərəm” 15 oktyabr- “Yeddi Gözəl” 16 oktyabr- “Traviata” 19 oktyabr- “Aşıq Qərib” 22 oktyabr- “Qu gölü” 26 oktyabr- “Karmen” 28 oktyabr- “Düyməcik”

Sentyabr 29, 2016 1:44

Musiqi festivalı keçiriləcək

Koreya Respublikasının Jenoju şəhərində dünya musiqisinə həsr olunmuş “Sori” musiqi festivalı keçiriləcək. Azərtac xəbər verir ki, oktyabrın 1-də baş tutacaq festivalda bu il ilk dəfə Azərbaycan da təmsil olunacaq. Ölkəmizi festivalda xanəndə Arzu Əliyeva muğam qrupu ilə təmsil edəcək. Təmsilçilərimiz açılış konsertində Tayvan, Çin və Fransadan olan ifaçılarla birlikdə çıxış edəcəklər. Bundan əlavə, festival çərçivəsində Arzu Əliyevanın konsert proqramı da nəzərdə tutulur. Konsertdə xanəndəni tarda və kamançada Əməkdar artistlər Elşən və Malik Mənsurovlar, balabanda Abuzər Quliyev müşayiət edəcək.xeber100.com

Sentyabr 28, 2016 11:57

Rəşid Behbudov – 100

Sentyabrın 27-də Tbilisidəki İvane Saracişvili adına Dövlət Konservatoriyasının akt zalında dünya şöhrətli müğənni Tbilisi şəhərinin fəxri vətəndaşı Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Konservatoriyanın foyesində R.Behbudovun həyat və fəaliyyətinə həsr olunan foto sərgi açılmışdı. Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu rektoru Georgi Dolidze tədbiri açdıqdan sonra Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələlər üzrə müşaviri Samirə Ağayeva, məşhur opera müğənnisi Nani Breqvadze, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək R.Behbudovun həyat və yaradıcılığından söz açıblar. Səhnədə quraşdırılmış ekranda R.Behbudovun “Arşın mal alan” musiqili komediyasından gürcü dilində parçalar nümayiş etdirilib.xeber100.com

Sentyabr 28, 2016 11:52

Milli Dram Teatr oktyabr repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının oktyabr ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın oktyabr repertuarını təqdim edirik: 1 oktyabr- “Anamın kitabı” 2 oktyabr- “Nağıllar aləmində”, “Biy çiçəyi” 8 oktyabr - “Ölülər” 9 oktyabr- “Aldanmış ulduzlar”, “Qatil” 14 oktyabr- “Generalın son əmri” 15 oktyabr- “Biri var idi, biri yox idi”, “Şah Qacar” 16 oktyabr- “Qaraca qız”, “Mənim günahım” 21 oktyabr- “Xanuma” 22 oktyabr- “Danışan gəlincik”, “Zorən Şorgöz” 23 oktyabr – “Ölülər” (gündüz və axşam) 28 oktyabr- “Müsyö İbrahim və Quran çiçəyi”  

Sentyabr 28, 2016 11:44

VIII Beynəlxalq Festivalı çərçivəsində…

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına VIII Beynəlxalq Festivalı çərçivəsində Əməkdar Artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçirilib. Azərtac xəbər verir ki, konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, bir sıra xarici ölkə bəstəkarlarının da musiqiləri səsləndirilib. Gecədə pianoçunun Belçikanın “ETCETERA” şirkətində yazılan "Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir" adlı yeni kompakt diski təqdim olunub. Şirkət tərəfindən hazırda dünyanın müxtəlif ölkələrində həmin diskin satışı həyata keçirilir. Gecədə alqışlarla qarşılanan müəllif, 3 musiqi diskinin Almaniyada və Hollandiyada yazıldığını və Belçikada disklərinin təqdimatının keçirildiyini söyləyib.xeber100.com

Sentyabr 27, 2016 10:52

“Eskizdən səhnəyə” adlı sərgi nümayiş ediləcək

Sentyabrın 27-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Turizm işçiləri günü” peşə bayramına həsr edilmiş fond materiallarından ibarət “Eskizdən səhnəyə” adlı sərgi nümayiş ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, sərgidə bu günə qədər sərgilənməyən müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək. Həmin gün muzeydə “Açıq qapı” günü elan ediləcək.xeber100.com

Sentyabr 26, 2016 4:27

İrəvan Teatrı yeni mövsümə start verib

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni mövsümə start verib. Teatrdan Azərtac-a bildirilib ki, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində, yazıçı Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri teatrın yaradıcı heyəti tərəfindən təqdim olunub. Səhnə əsərində əsas rolları Əməkdar artistlər - Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar - Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və digərləri ifa ediblər. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur. Qeyd edək ki, tamaşa, ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.xeber100.com

Sentyabr 26, 2016 4:21

Nizami Kino Mərkəzi təqdim edir

Nizami Kino Mərkəzində “Ölülər XXI əsr” milli filminin və ABŞ-ın “Leyləklər” animasiya filminin nümayişinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Tahir və Cabir İmanov qardaşlarının prodüseri olduğu “Ölülər XXI əsr” filmi Cəlil Məmmədquluzadəyə ithaf olunub. Ekran əsəri görkəmli yazıçının “Ölülər” pyesinin müasir versiyasıdır. Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Baş rollarda Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova və başqaları çəkiliblər. Xatırladaq ki, filmin premyera nümayişi sentyabrın 22-də “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metro Park” ticarət mərkəzində olub.xeber100.com

Sentyabr 24, 2016 8:54
    Page 186 of 220« First«...102030...184185186187188...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az