Kubada ənənəvi karnaval yürüşlərinə start verilib

Kubanın paytaxtında ənənəvi karnaval yürüşlərinə start verilib. Azərtac bandcuba.com saytına istinadla xəbər verir ki, builki rəngarəng yürüşlər Havananın 500 illik yubileyinə və bəstəkar və müğənni Benni Morenin 100 illiyinə həsr olunub.Karnaval yürüşlərinin başlanması münasibətilə Kuba paytaxtının sakinləri və qonaqların toplaşdığı qədim San-Karlos-de-la-Kabanya qədim qalasının qarşısındakı meydanda toplardan yaylım atəşi açılıb. Yağış və güclü külək səbəbindən tədbirin bir gün təxirə salınmasına baxmayaraq, karnavalın açılışı çox yaddaqalan olub. Belə ki, sahildə yerləşən Malekona meydanında on minlərlə insanın qarşısında və orkestrin müşayiəti ilə “karroslar” – rəngarəng geyimlərdə olan rəqs qruplarının keçidi olub. Sonra ölkənin müxtəlif bölgələrindən paytaxta gəlmiş ”komparsların” yürüşü təşkil edilib. Onların arasında məşhur “Tropikana” qrupu da latın rəqsləri və mahnılar ifa edib.Braziliyada keçirilən karnavaldan fərqli olaraq, Havana şənliklərində çıxış edən rəqs qrupları və müğənnilərin ifası jüri tərəfindən qiymətləndirilir.Gecəyarısına qədər davam edən karnaval yürüşləri minlərlə turisti cəlb edir. Bayram şənlikləri təkcə mərkəzi meydanda deyil, habelə Havananın müxtəlif rayonlarında keçirilir. 2019-cu ildə Havanada 5 karnaval yürüşü olacaq və onlardan sonuncusu avqustun 25-də keçiriləcək.xeber100.com

Avqust 19, 2019 1:53

“İnsan və sivilizasiya” sənədli filmlərinin təqdimatı olacaq

"İnsan" sənədli trilogiyasına daxil olan "Neft" filmi Venesiya Beynəlxalq Film Festivalının "Ən yaxşı qısa filmi" nominasiyasının qalibi olub. Filimin rejissoru Murad İbrahimbəyovdur.M.İbrahimbəyov Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunu bitirib. Kinodakı fəaliyyəti dövründə üç tammetrajlı - "Qızıl buğaların valsı", "Gənc qadın üçün kişi", "Olmuş hadisə" və bir neçə qısametrajlı ("Dundukley", "Bir nəfər hamı üçün") filmlərini çəkib. Maqsud İbrahimbəyovun povesti əsasında çəkdiyi "Gənc qadın üçün kişi" filmi ABŞ, Latın Amerikası, Misir, Bolqarıstan, Polşa, Fransa, İspaniya, və Türkiyədə keçirilən kinofestivallarda nümayiş etdirilərək, müəllifinə bir sıra mükafatlar qazandırıb.Qeyd edək ki, xronikal kadrlardan ibarət olan "İnsan" sənədli trilogiyası filmini fəlsəfi esse də adlandırmaq olar. Rejissor sonralar mövzunu davam etdirərək “İnsan və sivilizasiya" mövsuzunda xronikal kadrlardan ibarət fəlsəfi sənədli filmlər yaradıb. "Mənim Dağıstanım. Etiraf" filmində rejissor SSRİ üzrə tanınmış şair Rəsul Həmzətovun yaradıcı portretini yaradıcı dildə təqdim edir.Azərbaycan Kinematoqrafçılar İttifaqıından xeber100.com saytına verilən məlumata görə, filmdə Rüstəm İbrahimbəyov, Yevgeniy Yevtuşenko, Vaxtanq Kikabidze iştirak edir.Avqustun 9-da Azərbycan Kinematoqrafçılar İttifaqının Kino Evində filmlərə baxış (saat 18.00-da) keçiriləcək.xeber100.com        

Avqust 7, 2019 3:02