15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ukraynanın paytaxtı Kiyevdə “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək.Azərtac xəbər verir ki, iyunun 15-16-da Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Xarici İşlər Nazirliyi və “SOCAR-Ukraine” şirkətinin birgə təşəbbüsü ilə keçiriləcək təqdimatda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Ali Radanın deputatları, ictimai xadimlər, yerli KİV-lərin nümayəndələri iştirak edəcəklər.Təqdimat zamanı qonaqlar yaxta gəzintisindən istifadə edəcək, Azərbaycanın milli musiqisi və mətbəxi ilə tanış olacaqlar. İştirakçılara ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf strategiyası haqqında məlumat veriləcək, jurnal və kitabçalar paylanılacaq.Sonra milli mətbəx nümunələrimiz olan plov, dolma, qutab təqdim ediləcək. Aşpazlar tərəfindən bu yeməklərin hazırlanmasına dair master-klass keçiriləcək.xeber100.com