UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında

Bu il ölkəmizin ev sahibliyi edəcəyi UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 200-dən çox ölkəsindən 3000-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduraları isə ölkə başçısının sərəncamı ilə sadələşdirilir.Azərtac xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə məlumat verib.“Bu il ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Sessiya çərçivəsində xüsusi proqramlar nəzərdə tutulub. Bu, “Gənc peşəkarlar”ın və “Abidə menecerləri”nin forumlarıdır”, - deyə V.Eyvəzzadə söyləyib.Sessiyada iştirak etmək üçün Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu il iyunun 20-dən iyulun 10-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza proseduralarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UNESCO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat veriləcək. Eləcə də, məlumatın Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi təmin ediləcək. Dövlət Miqrasiya Xidməti isə ölkəmizə uçuşlar həyata keçirən aviaşirkətlərə sessiyada iştirakla əlaqədar viza proseduralarının sadələşdirilməsi barədə məlumat verəcək.xeber100.com

Aprel 4, 2019 12:04

“Neyroelm və memarlıq” adlı seminar keçiriləcək

Martın 30-da Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “NP BAKU Center”in təşkilatçılığı ilə Muzey Mərkəzində “Neyroelm və memarlıq” adlı seminar keçiriləcək.Dövlət Rəsm Qalereyasından Azərtac-a bildirilib ki, seminar neyroelm və memarlıq arasındakı əlaqələri kəşf etmək məqsədi ilə təşkil olunacaq.Dünya neyroelm araşdırmaları göstərir ki, çevrəmizdə bizi əhatə edən bütün yaradıcılığımız, duyğu və davranışlarımız modellərimizdə özünü əks etdirir.İnsan beyninin quruluşu və yaradıcılığı ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir. Yaradıcılığın mövhumatdan kənar, sərbəst xarakteri haqqında mövcud nəzəriyyələr, beyni təsvir edilə bilməyən, tərifə gəlməz tədqiqat obyekti kimi nümayiş etdirir.İnsan beyni bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb qurğu kimi nəzərdən keçirilir. Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin olunur. Seminarda “Memarlıq və beyin neyronları ilə fəaliyyətin əlaqəsi” və “Rənglər və həndəsi obyektlərin beyində əksi” mövzularına toxunulacaq.Seminar “NP BAKU Center”in rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımovanın rəhbərliyi ilə aparılacaq.Seminarda gənc rəssamlar, dizaynerlər, memarlar, sənətşünaslar, muzey və qalereya işçiləri iştirak edə bilərlər. Seminara giriş sərbəstdir.xeber100.com

Mart 28, 2019 1:13

Novruz gəlir, yaz gəlir, bahar gəlir, saz gəlir…

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Hətta elm adamları bu bayramın zərdüştlükdən əvvəl də qeyd olunduğunu bildirirlər.Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə küləyin, dördüncü çərşənbədə isə torpağın köməyi ilə ağaclarda tumurcuqlar açır və bütün bunlar yazın gəlişindən xəbər verir.Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır.Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.xeber100.com

Mart 20, 2019 5:50

19 Mart torpağın oyandığı İlaxır çərşənbə – Torpaq çərşənbəsidir

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.Azərtac xəbər verir ki, İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və Uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramı qədər təntənəli keçirilir.İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub, təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.Üzərliyin Azərbaycan inanclar sistemində nə qədər yayğın inanc olması hər kəsə məlumdur. Üzərlikyandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf piləyərmişlər. Bu adət indi də çox yayğındır. Üzərlikyandırma təzələnmə – yenilənmənin mühüm ayinlərindəndir. Üzərlik vasitəsilə bəd nəzər, pis arzular təmizlənir. Bu, bir növ, magik profilaktikadır.İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamaqdır. Xüsusilə, ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm və açıq magik xarakterli ayinlərindəndir. Bu zaman nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır.İlaxır çərşənbələrlə bağlı icra edilən mərasimlərdən biri “danatma” adətidir. Mərasim Novruz gecəsi icra olunur. İnsanlar səhərə qədər oyaq qalır, Günəşi qarşılayırlar. Mərasim özündə mifoloji inancları və magik ayinləri birləşdirir.Axır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır.xeber100.com  

Mart 19, 2019 1:20