“YARAT” Müasir İncəsənət Məkanın təşkilatçılığı ilə “Artım” layihə məkanında “Artım rooms” layihəsinə start verilib.Azərtac xəbər verir ki, layihə gənc rəssamlar, kuratorlar və digər yaradıcı insanlar üçün sərbəst otaqlar təklif edir. Arzu edən hər kəs, sözügedən məkanda bu otaqların bir və ya bir neçəsində öz ideyalarını gerçəkləşdirmək üçün müraciət edə bilər.Layihənin başlıca məqsədi, yaradıcılıq vasitəsilə inkişaf edən, insanları bir araya gətirən, müzakirələr və eksperimentlər aparmaq üçün dinamik və müstəqil “orqanizm”, canlı və kompleks platforma yaratmaqdır. Təbiətdə, bu “avtopoezis” terminində əks olunur. Avtopoezis – son dərəcə möhkəm struktur vasitəsilə mümkün ola bilən, bir çox bağlantılar və mürəkkəb sistem yaradan, öz-özünə inkişaf edən orqanizmdir.Avtopoezisin bu ümumiləşdirilmiş görüntüsü fiziki komponentləri, informasiya və mürəkkəblik çərçivəsində ölçülə bilən quruluş baxımından öz-özünü hasil edə bilən sistemləri nəzərdən keçirir.Layihə aprelin 13-dək davam edəcək.xeber100.com