Aprelin 18-dən etibarən Beynəlxalq Muğam Mərkəzi “Dastan gecələri” adlı yeni layihəni reallaşdıracaq.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq layihə şifahi xalq ədəbiyyatını ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı və şifahi poeziya nümunələrini özündə birləşdirir.Layihə çərçivəsində müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında Azərbaycan dastanlarından bəzi örnəklər sənətsevərlərə təqdim olunacaq. Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir.Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik unikal hadisəsidir. Bu sənət tarixi inkişafında müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”