Vokalçıların V beynəlxalq müsabiqəsi keçiriləcək

Oktyabrın 19-20-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına V beynəlxalq müsabiqəsi keçiriləcək.Azərtac Fondun rəsmi saytına istinadla xəbər verir ki, müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq.Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. İki turda keçiriləcək müsabiqə Rusiya və digər dövlətlərin KİV-ləri tərəfindən işıqlandırılacaq. Bu turlar simfonik orkestrin müşayiəti ilə aparılacaq. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.Müsabiqənin əsasnaməsinə əsasən, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 25 min, 15 min, 10 min ABŞ dolları və laureat adları nəzərdə tutulur.xeber100.com  

Yanvar 23, 2018 3:16

“Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub

Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə ötən il aprelin 7-də Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan “Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən mərasimdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, o cümlədən xarici səfirliklərin nümayəndələri iştirak ediblər.Tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xalqımızın başına gətirilən müsibətlərdən danışıb və 20 Yanvar faciəsinin Azərbaycanın qəhrəmanlıq salnaməsində önəmli yer tutduğunu qeyd edib.Daha sonra F.Əlizadə “Nasimi Passion” əsərinə toxunaraq seçdiyi mövzudan və Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi yaradıcılığından danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.Tədbirdə çıxış edən digər natiqlər də 20 Yanvar faciəsinin xalımızın tarixində əbədiyaşarlığından və bu qanlı hadisənin bəstəkarlarımızın əsərlərində öz əksini tapmasından söz açıblar.xeber100.com

Yanvar 18, 2018 1:19