03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Rus Dram Teatrı təqdim edir

2 fevral Rus Dram Teatrının səhnəsində Nil Saymonun pyesi əsasında hazırlanmış “Sonuncu ehtiraslı gənc” tamaşası nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, tamaşanın bədii rəhbəri Yuri Baliyev, rejissoru teatrın aktyoru İlkin Mehdiyevdir. Rollarda Əbdülqəni Əliyev (“Yuğ” teatrından), Natəvan Hacıyeva (Rus Dram Teatrından) çıxış edəcəklər.Ötən ilin dekabr ayında Sankt-Peterburqda Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılmış bu tamaşa böyük maraqla qarşılanıb. Müstəqil və qeyri-dövlət layihəsinin iştirakçıları 24-cü “Milad paradı” Beynəlxalq Teatr Festivalının diplomu ilə təltif ediliblər.xeber100.com

Yanvar 18, 2018 1:03

Akademik Milli Dram Teatrı təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com  

Yanvar 17, 2018 11:25

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Mərkəzinin budəfəki qonağı tanınmış idman ustası, məşhur kikboksçu Zabit Səmədov olacaq.Azərtac xəbər verir ki, yanvarın 17-də idmançı ilə reallaşacaq görüş zamanı o, idman təcrübəsi və nailiyyətləri barədə qonaqlara məlumat verəcək, onu qələbəyə aparan həyat yolundan danışacaq.Eyni zamanda, idmançı “YARAT”da nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgisi ilə tanış olacaq, təəssüratlarını bölüşəcək.İdmançı ilə görüş arzusunda olan hər kəs tədbirdə iştirak edə bilər.xeber100.com

Yanvar 15, 2018 2:38

“Çölçü” filmi beynəlxalq mükafata layiq görülüb

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Cult critic movie awards” bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.Filmin rejissorunun verdiyi məlumata görə, mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq mükafatlara layiq görülüb. Xatırladaq ki, “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.xeber100.com

Yanvar 15, 2018 2:28

Rəssamlar İttifaqında rəsm əsərlərindən ibarət sərgi açılacaq

Yanvarın 16-da Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Məlik Məmmədyarovun rəsm əsərlərindən ibarət sərgi açılacaq.Azərtac xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşacaq sərgidə ziyarətçilər fırça ustasının 30-dən çox işinə baxa biləcək.Beş gün davam edəcək sərgidə rəssamın müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.xeber100.com

Yanvar 12, 2018 3:20

İncəsənət Muzeyində “açıq qapı” günləri keçiriləcək

Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” adlı unikal sərgi üzrə “açıq qapı” günləri keçiriləcək.Azərtac xəbər verir ki, yanvarın 13-14-də Höte İnstitutunun Bakı nümayəndəliyinin dəstəyi ilə baş tutacaq aksiyada paytaxt sakinləri və şəhərimizin qonaqları muzeyin fondunda qorunan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənəti Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan XVI-XVIII əsrlərə aid Azərbaycanın zəngin bədii xəzinəsini ödənişsiz izləmək imkanı əldə edəcəklər.Ziyarətçilər aksiya çərçivəsində həmçinin macar dizayneri Janet Jirmay tərəfindən təkmilləşdirilərək hazırlanmış perforasiya lentli musiqi qutusunu fırlamaqla naxışlar və xalçaların kodlaşdırılmış musiqisi ilə tanış ola biləcəklər.xeber100.com

Yanvar 12, 2018 3:17

“Bronx World Cinema” adlı film festivalına start verilib

Bu gündən etibarən ABŞ-ın Nyu-York şəhərində “Bronx World Cinema” adlı film festivalına start verilib.Mədəniyyət və Turizm Nazirliyindən Azərtac –a bildirilib ki, yanvarın 14-dək davam edəcək müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edəcək.Bədii rəhbəri kinorejissor, Xalq Artisti Eldar Quliyev olan ekran əsərinin ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Filmdə Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan “Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada təqdim etmək festivalın əsas məqsədlərindəndir.xeber100.com

Yanvar 12, 2018 3:11

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Yanvarın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Robotların köməyi ilə ətraf mühiti qoruyaq” adlı tədbir keçiriləcək.Azərtac xəbər verir ki, “Mars Academy”nin tərəfdaşlığı ilə reallaşacaq tədbir çərçivəsində dörd istiqamətdə peşəkar dərslər keçiriləcək, balacalar proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət haqqında məlumat əldə edəcəklər.Eyni zamanda, uşaqlar robotların uyğun konstruksiyalarını toplayacaq, sonra onları ayrı-ayrılıqda proqramlaşdıracaqlar.Layihədə 5-12 yaş arası uşaqlar iştirak edə bilər.xeber100.com

Yanvar 11, 2018 1:39

“1990-cı il” adlı rəngkarlıq əsərinin təqdimatı keçiriləcək

Bakı Xətai Sənət Mərkəzində Faiq Əhmədovun “1990-cı il” adlı rəngkarlıq əsərinin təqdimatı keçiriləcək.Bu barədə Azərtac-a mərkəzin rəhbəri Zahid Əvəzov məlumat verib.Onun sözlərinə görə, Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan sənət əsəri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf edilib.Təqdimat yanvarın 18-də mərkəzdə reallaşacaq “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi çərçivəsində gerçəkləşəcək.xeber100.com  

Yanvar 11, 2018 1:34

İncəsənət müsabiqəsi keçiriləcək

Yanvarın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının (AGİ) təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçiriləcək.Azərtac xəbər verir ki, yarışmanın keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri tapmaq və onları üzə çıxartmaqdır. Müsabiqədə Gürcüstandan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları dinləniləcək.“Ümid 2018” yarışmasında bir neçə janrlarda (folklor, klassik, estrada və incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya) iştirakçıların çıxışları gözlənilir. Yaş məhdudiyyəti yoxdur. 4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər.Obyektivlik naminə çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmayacaq. Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır.Münsiflər heyətinə Azərbaycanın əməkdar artistləri və incəsənət xadimləri daxildir.xeber100.com

Yanvar 10, 2018 12:38
    Page 91 of 218« First«...102030...8990919293...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az