İnsan hüquqları mövzusunda seminar keçirilib

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “İnsan hüquqları və maraqları böyük dəyərdir” mövzusunda seminar keçirilib.Azərtac xəbər verir ki, tədbirdə cəmiyyətin və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərləri və əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.Universitetin professoru Erkin Nuriddinov Özbəkistanın bu sahədə təcrübəsi ilə bağlı çıxış edib.Seminarda “Millətlərin hüquqlarının təmin edilməsi və müasir cəmiyyət”, “İnsana qiymət verilən dövlət və firavanlıq”, “İnsan hüquqları ali dəyərdir” və digər mövzularda məruzələr dinlənilib.AMM-nin direktoru Samir Abbasov Azərbaycanda insan hüquqları sahəsində böyük uğurların qazanıldığını bildirib. O deyib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar.S.Abbasov Azərbaycan-Özbəkistan dostluğu, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni sahədə əlaqələrin inkişafından danışıb.Direktor AMM-nin mədəni əlaqələrimizin inkişafı ilə bağlı keçirdiyi layihələrlə bağlı məlumat verib, mərkəzin təşəbbüsü ilə buraxılan kitablar haqqında danışıb.xeber100.com

Noyabr 24, 2017 1:07

11-ci “Red Rock” film festivalı çərçivəsində

ABŞ-ın Yuta ştatının festival şəhəri kimi tanınan Sedar şəhərində keçirilən nüfuzlu 11-ci “Red Rock” film festivalı çərçivəsində Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir.Los-Anceles istehsalı olan və burada fəaliyyət göstərən yəhudi kinematoqraflar tərəfindən çəkilmiş bu sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların tükürpədici ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırır. Filmdə həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımı pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilir.Filmdə o cümlədən 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərdən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kampaniyanın oynadığı mühüm roldan bəhs olunur.Filmin ABŞ-da ilk nümayişi 2017-ci il fevralın 21-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə həmin şəhərdə yerləşən və dünyanın ən böyük və nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental (Simon Wisenthal) Mərkəzinin Tolerantlıq Muzeyində baş tutmuşdur.xeber100.com

Noyabr 23, 2017 1:47