COVID-19-a yeni yoluxma və ölüm hallarının sayı azalmaqda davam edir

COVID-19-a yeni yoluxma və ölüm hallarının sayı azalmaqda davam edir. Bu, vəziyyətin dəyişməz olaraq qaldığı Avropa istisna olmaqla, planetin bütün bölgələrinə aiddir.Qlobal səviyyədə, sentyabrın 27-dən – oktyabrın 3-nədək yeni yoluxma hallarının sayı doqquz faiz azalıb, müsbət dinamika avqust ayından bəri davam edir. Yoluxmada ən böyük azalma Afrikaya (43 faiz) təsadüf edib, ikinci yerdə Şərqi Aralıq dənizi (21 faiz) qərarlaşıb, daha sonra Cənub-Şərqi Asiya (19 faiz) və Amerika ölkələri (12 faiz) yer alıblar.Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülleteni xəbər verir ki, hazırda yoluxanların ümumi sayı 234 milyonu keçib, rəsmi məlumatlara görə, təxminən, 4,8 milyon insan COVID-19 səbəbindən həyatını itirib.Amerika və Avropa istisna olmaqla, bütün bölgələrdə koronavirus infeksiyasından ölənlərin sayında kəskin azalma müşahidə edilir. Yenə də ən böyük azalma Afrika ölkələrində qeyd edilir, əvvəlki həftə ilə müqayisədə orada ölüm nisbətləri 25 faiz azalıb.100 min əhaliyə düşən COVID-19-a ən çox yeni yoluxma və ölüm halları Avropa və Amerika ölkələrində müşahidə olunur. Ümumilikdə, dünyada keçən həftə yoluxma sayına görə ABŞ "liderlik edirdi" (həftədə 760 571 hadisə), ikinci yerdə Böyük Britaniya (239 781), sonra Türkiyə (197 277), Rusiya (165 623 - əvvəlki həftə ilə müqayisədə 13 faiz artım var) və Hindistan (161 158 hadisə - bundan əvvəlki həftə ilə müqayisədə 21 faiz artım var) qərarlaşıblar.xeber100.com

Oktyabr 7, 2021 3:04