Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Tibbi Şuranın yığıncağı keçirilib.Universitetin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, yığıncağı giriş sözü ilə açan klinikanın direktoru, professor Hüseyn Qabulov rektorun əmrinə əsasən bəzi şöbələrin adında edilən dəyişikliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, aparılan dəyişikliklər klinikanın fəaliyyətinə öz töhfəsini verəcək.I və III pediatriya şöbələrinin profilləri uyğunluq təşkil etdiyinə görə, birləşdirilərək “Uşaq kardiorevmatologiya” şöbəsi adı altında birləşdirilib. II pediatriya şöbəsi “Uşaq pulmonologiya, endokrinologiya, allerqologiya” şöbəsi, Ümumi terapiya şöbəsinin adı dəyişdirilərək “Heriatriya şöbəsi” adlandırılıb.Qeyd edək ki, Tibb Universitetinin klinikasının nəzdində ilk dəfə olaraq heriatriya şöbəsi fəaliyyət göstərəcək.Sonra gündəlikdəki məsələlər barədə direktorun müalicə işləri üzrə müavini, dosent Adil Nuriyev çıxış edib.Şöbələrin mart ayı üzrə hesabatını şura üzvlərinin diqqətinə çatdıran A. Nuriyev fevral-mart aylarında endokrinologiya, kardiologiya, revmatologiya, intensiv terapiya, qastreontorologiya, angioqrafiya, III pediatriya şöbələrinə və efferent-terapiya mərkəzində xəstə qəbulu haqqında məlumat verib.Yığıncaqda cari məsələlər də müzakirə edilib.xeber100.com