Tibbi Şuranın yığıncağı keçirilib

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Tibbi Şuranın yığıncağı keçirilib.Universitetin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, yığıncağı giriş sözü ilə açan klinikanın direktoru, professor Hüseyn Qabulov rektorun əmrinə əsasən bəzi şöbələrin adında edilən dəyişikliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, aparılan dəyişikliklər klinikanın fəaliyyətinə öz töhfəsini verəcək.I və III pediatriya şöbələrinin profilləri uyğunluq təşkil etdiyinə görə, birləşdirilərək “Uşaq kardiorevmatologiya” şöbəsi adı altında birləşdirilib. II pediatriya şöbəsi “Uşaq pulmonologiya, endokrinologiya, allerqologiya” şöbəsi, Ümumi terapiya şöbəsinin adı dəyişdirilərək “Heriatriya şöbəsi” adlandırılıb.Qeyd edək ki, Tibb Universitetinin klinikasının nəzdində ilk dəfə olaraq heriatriya şöbəsi fəaliyyət göstərəcək.Sonra gündəlikdəki məsələlər barədə direktorun müalicə işləri üzrə müavini, dosent Adil Nuriyev çıxış edib.Şöbələrin mart ayı üzrə hesabatını şura üzvlərinin diqqətinə çatdıran A. Nuriyev fevral-mart aylarında endokrinologiya, kardiologiya, revmatologiya, intensiv terapiya, qastreontorologiya, angioqrafiya, III pediatriya şöbələrinə və efferent-terapiya mərkəzində xəstə qəbulu haqqında məlumat verib.Yığıncaqda cari məsələlər də müzakirə edilib.xeber100.com

Aprel 8, 2017 6:45

Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə…

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində kütləvi informasiya vasitələri üçün brifinq keçirilib.Azərtac xəbər verir ki, brifinqdə mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Namiq Seyidov Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət planının 4.2-ci bəndinə əsasən mərkəzin “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu barədə jurnalistlərə məlumat veriblər.“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında keçiriləcək və metodologiyanın daha yaxşı öyrənilməsi üçün ilin əvvəllərində Bakıda beynəlxalq mütəxəssislərin iştirakı ilə seminar təşkil olunub. Sorğu vərəqəsində uşaqlara ünvanlanan 60-dan çox sual onların qidalanma, fiziki və psixoloji dəyərləndirmə, sanitar-gigiyenik qaydalar, habelə spirtli içki, siqaret çəkmə və s. zərərli vərdişlər barədə biliklərini müəyyən etməyə imkan verəcək. Pilot sorğunun 1350 şagird arasında aparılması nəzərdə tutulub.Brifinqi aparan mərkəzin nümayəndələri onu da söyləyiblər ki, sorğunun nəticələri barədə hesabat hazırlanacaq və Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə təhlil ediləcəkdir. Sorğunun uğurlu olacağı təqdirdə onun ilin axırlarında ölkəmizin 4300 məktəblisi arasında keçirilməsi nəzərdə tutulub.xeber100.com

Aprel 7, 2017 12:41

Bu gün Ümumdünya Sağlamlıq Günüdür

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.Azərtac xəbər verir ki, builki Sağlamlıq Günü yayılmasına görə əmək qabiliyyәti vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-nin Avropa regionunda 128 min intihar halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib. Hazırda depressiya pozğunluğu olanların sayı regionda 40 milyon nәfәrə çatır. Qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında intihar halları daha çoxdur.ÜST-nin Avropa regional bürosunun direktoru Jujanna Yakabın verdiyi məlumata görә, depressiyanın müalicә vә profilaktikasının mümkünlüyünə baxmayaraq, dәrin depressiyası olanların әn azı 75 faizi ona uyğun müalicә almır. ÜST-nin "Depressiya: gәlin danışaq" devizi geniş ictimaiyyət kütlәsinin depressiyanın nәticәlәri vә onunla mübarizә yolları, elәcә dә, depressiya ilә yaşayanlara necə dәstәk verilmәli olduğu barәdә mәlumatlandırılmasına yönәldilib.Depressiyanın terapiya vә ya antidepressant vasitәsilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır. ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq göstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә dörd dollar mәnfәәt gәtirir.Xәstәlik barәdә mәlumatlılığın artırılması ilә depressiyanın daha səmərəli profilaktikası ölkәlәrin sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi əhatə olunmağa keçidə dair aparılan işin ayrılmaz hissәsi olacaqdır. Bu fəaliyyət qeyri - yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdәbir qәdәr azaldılmasına yardım edәcәkdir.xeber100.com

Aprel 7, 2017 12:37