05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Sağlamlıq

BBC Teleradio Korporasiyasının yaydığı məlumata görə…

BBC (“Bi-Bi-Si”) Teleradio Korporasiyasının yaydığı məlumata görə, dünya alimləri depressiya və posttravmatik stress kimi psixi xəstəliklərdən əziyyət çəkən adamlardan öləndən sonra öz beyinlərini elmə qurban verməyi xahiş edirlər.“RİA Novosti” agentliyi xəbər verir ki, bu, psixi və sinir pozulmalarının, o cümlədən Parkinson və Alsheymer xəstəliklərinin müalicəsi üçün dərmanlar hazırlamaq üçün lazımdır. Hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yerləşən və beyin toxumaları məsələləri ilə məşğul olan Harvard Tədqiqat Mərkəzində 3 mindən çox beyin nümunəsi saxlanılır. Bu mərkəz dünyada ən iri “beyin banklarından” biridir. Nümunələrin çoxu psixi və sinir pozulmalarından əziyyət çəkən insanlarındır.Tədqiqat Mərkəzinin başçısının sözlərinə görə, hazırda alimlərdə insan beynini tədqiq etmək üçün alətlər var. Yalnız xəstəliyinin səbəbləri öyrənilməli olan insanların toxumaları çatışmır.xeber100.com

Fevral 19, 2017 12:59

Tibb Universitetində elmi konfrans keçirilib

Fevralın 17-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Üçüncü orqan transplantasiyası günləri çərçivəsində elmi konfrans keçirilib.ATU-nun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə klinikanın direktoru Surxay Hadıyev orqan köçürülməsi ilə bağlı türkiyəli həmkarlarla birgə tədbirlərin təşkilinin artıq ənənə halını aldığını qeyd edib. S.Hadıyev bildirib ki, mütəmadi olaraq səhiyyə işçilərimiz qarşılıqlı səfərlərdə olur, birgə beynəlxalq konfranslarda iştirak edirlər. Bu baxımdan, Tibb Universitetinin Türkiyənin bir sıra elmi təhsil müəssisələri, o cümlədən İnönü Universiteti ilə möhkəm əməkdaşlığı var.xeber100.com

Fevral 18, 2017 2:39

Əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən…

Əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən, bütün respublika ərazisində olduğu kimi Xətai rayonunda da tibbi müayinə aylığı keçirilir.Xətai rayon icra hakimiyyətindən Azərtac-a bildiriblər ki, aksiya çərçivəsində bu rayonda yaşayan vətəndaşlar 6, 7, 28, 38 saylı Şəhər Poliklinikalarında, 22 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələri üzrə müayinələrdən keçəcək, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstəriləcək.Aksiyanın yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb. Keçirilən aksiyanın əsas məqsədi insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir.xeber100.com

Fevral 16, 2017 11:59

Növbəti pulsuz tibbi müayinə keçiriləcək

Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.Azərtac xəbər verir ki, növbəti tibbi müayinə 2017-ci il fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində keçiriləcək.Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirəcək, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görüləcək.xeber100.com

Fevral 13, 2017 11:46

Səhiyyə Nazirliyinin məlumatı

Səhiyyə Nazirliyi bəzi dərman preparatlarından 3-12 yaşlı 12 uşağın ölümünə səbəb olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Nazirlikdən apa-nın sorğusuna verilən cavabda bildirilib ki, Azərbaycanda belə hal qeydə alınmayıb: "Yayılan xəbərlər yanlışdır və həqiqətə uyğun deyil. Bu xəbərlər müxtəlif dövrlərdə və ölkələrdə həmin dərmanların əks təbliğatını aparmaq üçün yayılan spamlar-viruslardır".Nazirlik valideynləri yayılan belə xəbərlərə inanmağa çağırıb.Qeyd edək ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, 3-12 Yaşlı 12 uşaq qəflətən ölüb. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamısı dərman preparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman preparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə kontraband yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur.xeber100.com

Fevral 10, 2017 3:43

Bu gün Beynəlxalq Stomatoloq Günüdür

Hər il fevralın 9-da stomatoloqların peşə bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd olunur.Stomatoloq ən qədim peşələrdən biridir. Arxeoloqlar qazıntılar zamanı bu qədim sənətin nümayəndələrinin fəaliyyətlərinin çoxsaylı sübutlarını aşkar etmişlər. Qalıqlar hələ eramızdan əvvəl yeddi min il əvvələ təsadüf edir. Bayramın özü isə nisbətən gəncdir.Bu tarix təsadüfən seçilməyib. Həmin gün katolik kilsəsinin xristian şəhidi isgəndəriyyəli Apolloniya anılır. Xristianlıqdan dönməsi üçün Apolloniyaya dəhşətli işgəncələr verilib. Müqəddəs Apolloniyanın məruz qaldığı işgəncələrin atributu kəlbətin olub. Müqəddəs qadın bütün işgəncələrə davam gətirib, onu tonqalda yandırmaq ilə hədələyəndə, o, özü alovun içinə addımlayıb. Bu hadisə 249-cu il fevralın 9-da baş verib.O vaxtdan belə bir inanc yaranıb: “Santa Apollonia!” deyən kimi, dişağrısı keçir.xeber100.com

Fevral 9, 2017 12:30

Tibb Universitetində bir sıra layihələrin icrası müzakirə olunub

Fevralın 7-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru G.Gəraybəyli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə praktika meneceri Kristian Aedonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.ATU-dan Azərtac-a bildiriblər ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə qonaqlara ətraflı məlumat verən G.Gəraybəyli bildirib ki, ATU-da tədris sistemində daim islahatlar aparılır, təhsilin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət daha da təkmilləşdirilir. Qeyd olunub ki, universitet beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə ciddi önəm verir. Belə ki, bu əlaqələr fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Bu baxımdan Dünya Bankı ilə müştərək layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir.K.Aedo Dünta Bankının təhsil sahəsində gördüyü işlər, dəstəklədiyi proqramlar haqqında məlumat verib. Bildirilib ki, səfərin əsas məqsədi təhsil üzrə milli prioritetləri müzakirə etmək və tələbə krediti proqramları üzrə seminar təşkil etməkdir. Buna görə də bank təmsilçiləri müvafiq dövlət qurumları, universitet rektorları və digərləri ilə görüşlər keçirirlər.xeber100.com

Fevral 8, 2017 12:11

Diaqnostika Mərkəzində seminar keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən paytaxt otellərinin əməkdaşları üçün “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları” mövzusunda seminar keçirilib.RMDM-in mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, seminarda qulaq, burun, boğaz və baş boyun cərrahı Anar Əsgərov mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda yuxarı tənəffüs yolları, qrip və soyuqdəymənin fərqli simptomları, qrip və yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri zamanı müalicə və qorunma yolları, sonrakı fəsadlaşmalar, nazofaringit, tonzillofaringit, kəskin bakterial rinosinusit, kəskin orta otitin əlamətləri, müayinə və müalicələri barədə məlumat verib.xeber100.com

Fevral 8, 2017 12:03

Karolina Universitetinin məlumatına əsasən…

Uşaqların beyni üçün balığın tərkibində fosforun faydası hamıya məlumdur. Lakin ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, beyinə birbaşa təsir edən balığın tərkibindəki Omega-3 yağ turşusu, daha dəqiq dokozageksaen turşusudur. Dokozageksaen Omega-3-ün tərkibində olan iki yağ turşusundan biridir ki, sinir hüceyrələrinin membranı 20 faizini bu maddə təşkil edir.Turşular sinir hüceyrələri arasında məlumatın ötürülməsində aparıcı rol oynayır ki, onların azlığı bu prosesin ləngiməsinə səbəb olur. “Arqumentı nedeli” saytı xəbər verir ki, 7-12 yaş arası uşaqlarda bu maddəni az qəbul etdikdə digərlərinə nisbətən dərslərində geriləmə müşahidə edilir. Məhz bu yaşlarda beyin strukturu yenidən biçimlənir. Bu baxımdan lazimi maddələrin qəbulu əqli fəaliyyətin düzgün inkişafı üçün çox vacibdir.xeber100.com

Fevral 7, 2017 11:25

“İnkişafın dəstəklənməsi və izlənməsi rəhbərliyi” mövzusunda seminar keçirilib

Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzində həkim-pediatrlar üçün “İnkişafın dəstəklənməsi və izlənməsi rəhbərliyi” mövzusunda ikigünlük seminar keçirilib.İnstitutdan Azərtac-a bildirilib ki, UNICEF-in dəstəyi ilə təşkil olunan təlimdə inkişaf pediatriyası sahəsində mütəxəssis T.Seyidməmmədova paytaxtın və regionun müxtəlif tibb müəssisələrindən olan həkimlərinə uşaqların inkişaf və davranışına təsir edən tibbi, psixoloji və sosial amillər haqqında məlumat təqdim edib.xeber100.com  

Fevral 7, 2017 11:18
    Page 56 of 71« First«...102030...5455565758...70...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az