Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 3, 2017 1:43

2017-ci il payız sessiyasının qanunvericilik işləri müzakirə edilib

Oktyabrın 2-də Milli Məclisin plenar iclasında 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında parlament qərarının layihəsi müzakirə edilib.Azərtac xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov 2017-ci il payız sessiyasının qanunvericilik işləri planının hazırlandığını və bu planın parlamentin 15 komitəsində keçirilən müzakirələr nəticəsində plenar sessiyaya təklif edilən məsələlər olduğunu bildirib.Oqtay Əsədov, həmçinin Milli Məclisin 2017-ci il yay və növbədənkənar sessiyalarının uğurla başa çatdığını vurğulayıb. Bildirib ki, Milli Məclisin nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmlə yerinə yetirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür. Bu təşkilatlarda Azərbaycan parlamentinin üzvləri çox fəal iştirak ediblər. Parlamentin yay və növbədənkənar sessiyaları dövründə 33 ölkəyə 90-dan çox nümayəndə heyəti göndərilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Deputatlar Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda parlament seçkilərini, Türkiyədə referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbiri keçirilib.Deputatlar Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında müzakirələr apararaq fikir və təkliflərini səsləndiriblər.Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.xeber100.com

Oktyabr 2, 2017 12:26

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı və Qızılhacılı, Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu, Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

Oktyabr 1, 2017 3:25

Həqiqi hərbi xidmətə çağırış başlayıb

Oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.Azərtac xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 5-də Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.xeber100.com

Oktyabr 1, 2017 3:20

Atəşkəs rejimi 158 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 158 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Sentyabr 30, 2017 10:43