ATƏT Parlament Assambleyasının növbəti sessiyası işə başlayıb

İyulun 5-də Minsk şəhərində ATƏT Parlament Assambleyasının növbəti sessiyası işə başlayıb.Azərtac xəbər verir ki, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda keçirilən sessiyada Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Ermənistan ordusunun növbəti təxribatından və Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsindən danışıb.Azərbaycan parlament sədrinin müavini deyib: "Biz dinc vətəndaşların, oğullarımızın, qadınlarımızın və uşaqlarımızın həyatına son qoyan reallığı hər gün hiss edirik. Ölkəmin parlamentində təmsil etdiyim Füzuli rayonunun dinc kəndi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən yenə də minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Bu atəş nəticəsində bir ailənin iki üzvü – qadın və onun iki yaşlı nəvəsi öz həyətlərində həlak olublar, yaralılar var. Təmas xətti boyunca sıx yaşayan dinc vətəndaşlara, o cümlədən qadınlara, qocalara və uşaqlara Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar təəssüf ki, sistemli xarakter daşıyır.Konkret olaraq iyulun 4-də tökülən qana görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Xatırladım ki, mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Təmas xəttində yaşayan seçicilərim daim təhlükə altındadırlar.Odur ki, biz deputatlar qan tökülməsinə son qoymaq və regionda həqiqətən sülhə və tərəqqiyə nail olmaq üçün sülh dialoquna yollar tapmalı və bu işə öz töhfəmizi verməliyik. Mən sizi bu cinayəti təkidlə pisləməyə çağırıram. Bu məsələdə Parlament Assambleyası xüsusi rol oynamalıdır".xeber100.com

İyul 5, 2017 1:52

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (24 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

İyul 3, 2017 12:52

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

İyul 2, 2017 4:26

Atəşkəs rejimi 120 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində, adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

İyul 1, 2017 10:59