Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

İyun 16, 2017 12:55

Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə dərc edilib

Helsinki Komissiyası adı ilə də məşhur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiya Dağlıq Qarabağ münaqişəsi haqqında qısa hesabat dərc edib. Sənəddə deyilir ki, Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi dünyada ən çətin həll edilə bilən və çoxdan davam edən ərazi-etnik münaqişələrdən biridir. Məruzədə XX əsrin əvvəlindən bu münaqişənin başlanması tarixi şərh edilib. Qeyd edilir ki, 1923-cü ildə Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsi Dağlıq Qarabağ Muxtar vilayətinin (DQVM) yaradılması üçün ayrılıb. Daha sonra Dağlıq Qarabağ münaqişəsinin ən fəal mərhələsindən – 1991-1994-cü illərdə Ermənistan ilə Azərbaycan arasında tammiqyaslı müharibə aparılmasından bəhs edilir. Məruzənin müəllifləri həmin dövrdə erməni separatçılar tərəfindən Dağlıq Qarabağın “müstəqilliyi”nin elan edilməsindən söhbət açaraq vurğulayırlar ki, bu “müstəqillik” statusu beynəlxalq birlik tərəfindən tanınmayıb.Hesabatın müəllifləri Azərbaycan ərazilərinin işğal olunmasında rəsmi Yerevanın birbaşa rolunu təsdiq edərək vurğulayırlar ki, Dağlıq Qarabağ müharibəsi dövründə “Yerevan beynəlxalq birlik tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmaqda davam edən Dağlıq Qarabağı və ona bitişik 7 rayonun ərazisini tamamilə və ya qismən ələ keçirib”.Məruzənin sonunda qeyd edilir ki, Helsinki Komissiyası regionda hadisələrin inkişafını izləməkdə davam edəcək, gərginliyin azaldılması üçün konkret tədbirlər təklif edəcək, münaqişənin siyasi yolla qəti həllinə nail olmaq üçün diplomatik prosesdə zəruri pozitiv addımları dəstəkləyəcək.xeber100.com

İyun 16, 2017 12:40

Hərbi əməkdaşlıq haqqında Sazişə əsasən…

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri başlanıb.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.Əməliyyat taktiki təlimin planı ilə tanış olduqdan sonra bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətləri arasında əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunması, qoşunların idarə edilməsində vahid proseduraların işlənib hazırlanması və Əlahiddə Ümumqoşun Ordu ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılmasından ibarətdir. Təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib.xeber100.com

İyun 15, 2017 8:14

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

İyun 14, 2017 10:19