İyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27°, gündüz 40-43° isti, Bakıda gecə 25-27°, gündüz 40-42° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 28-29°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 29-30° isti olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.Xəbərdarlığa görə, iyulun 3-4-də Bakıda və Abşeron yarımadasında anomal qızmar hava şəraitinin davam edəcəyi, maksimal hərarətin 40-43° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, iyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.Azərbaycanın rayonlarında iyulun 3-də hava şəraitinin günəşli olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 22-27°, gündüz 40-44°, bəzi yerlərdə 46°, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında (MR) hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 21-26°, gündüz 40-44°, bəzi yerlərdə 46° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21°, gündüz 28-33° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 21-26°, gündüz 38-42° isti olacağı ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 22-27°, gündüz 40-44°, bəzi yerlərdə 46° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 22-26°, gündüz 37-42° isti, dağlarda gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimal edilir.Xəbərdarlığa əsasən, iyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraitinin davam edəcəyi, Bakıda və Abşeron yarımadasında maksimal temperaturun 40-43°, Aran rayonlarında və Naxçıvan MR-də 40-44°, bəzi yerlərdə 46°, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42°, dağlıq rayonlarda isə 28-33° dərəcə isti olacağı gözlənilir.xeber100.com

İyul 2, 2018 3:14

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Apa-ya verilən məlumata görə, havanın temperaturunun gecə 24-27° isti, gündüz 35-39° isti olacağı gözlənilir.Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək və dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək. Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında (11-dən 17-dək) günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.İyulun 2-də Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 38-43° isti təşkil edəcək. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcəyi proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 36-41° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti təşkil edəcək.Sabah Mərkəzi Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27° isti, gündüz 38-43° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da günəşli olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 18-22° isti, gündüz 29-34° isti təşkil edəcək.xeber100.com

İyul 1, 2018 4:14

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 35-39° isti, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 25-26°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 26-27° isti olacağı gözlənilir.Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Lakin temperaturun yüksəlməsi ilə əlaqədar günorta saatlarında Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyiniz tövsiyə olunur.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 20-25°, gündüz 37-42° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı ehtimal edilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.xeber100.com

İyun 28, 2018 12:14

İyunun 28-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun hərarəti 24-25° isti olacaq.Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 25-26° isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 19-24°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.xeber100.com

İyun 27, 2018 1:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

İyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Apa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° gündüz 32-37° isti olacağı gözlənilir.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturunun 24-25° isti olacağı ehtimalı var. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 25-26° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti proqnozlaşdırılır.Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.xeber100.com

İyun 26, 2018 5:11

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada dəniz suyunun hərarəti 24-25°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 25-26° dərəcə isti olacaq.Çimərliklərdə mülayim şimal küləyinin əsməsi əlverişli hava şəraitini şərtləndirir. Lakin temperaturun 38°-dək qalxması ilə əlaqədar günorta saatlarında Günəş şüalarından qorunmaq tövsiyə edilir.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 26-27-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.Xəbərdarlığa əsasən, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal hərarətinin 35-40°, Mərkəzi Aran rayonlarının və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək yüksələcəyi proqnozlaşdırılır.xeber100.com

İyun 25, 2018 12:51

Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda iyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-34° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı bildirilir.Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı ehtimalı var.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 23-24-də Abşeron yarımadasında bəzi saatlarda durğun hava şəraiti, günorta vaxtı temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarından hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarından hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarından hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-22°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarından yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-20°, gündüz 29-34° isti, dağlarda gecə 14-17°, gündüz 20-26° isti olacağı bildirilir.xeber100.com

İyun 22, 2018 2:40

İyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal küləyi əsəcək. Dəniz suyunun hərarəti 22-23° isti olacaq.Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə şimal küləyi əsəcək. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 21-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 13-18° , gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-20°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.xeber100.com  

İyun 20, 2018 2:48