Hidrometeorologiya Departamenti xəbərdarlıq edir

Azərbaycanda mayın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 11-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında mayın 4-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturunun gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 9-14° isti, gündüz 16-21°, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda qısa fasilə yaranacaq. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 21-26 ° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda qısa fasilə yaranacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.xeber100.com  

May 3, 2017 12:32

Mayın 3-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda mayın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, mayın 5-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12° isti, gündüz 19-24° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 9-14° isti, gündüz 21-26° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 8-13° isti, gündüz 19-24°, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.xeber100.com

May 2, 2017 2:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Mayın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 20-25° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 22-27° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı, lakin günün birinci yarısında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 22-27° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti təşkil edəcək.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 23-28° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.xeber100.com

Aprel 30, 2017 3:35