Azərbaycanda aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli, az yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 13-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacağı gözlənilir.Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında yağış, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 8-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.Qeyri-sabit hava şəraiti aprelin 12-si gündüzədək davam edəcək.xeber100.com