Aprelin 10-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində aprelin 10-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-9°, gündüz 11-16° isti olacaq.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntıda fasilə yaranacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3-dək° isti, gündüz 5-9° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı gecə, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13- 18° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-14° isti olacağı gözlənilir.xeber100.com

Aprel 9, 2017 12:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində aprelin 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 16-21° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 16-21° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-14° isti olacağı gözlənilir.xeber100.com

Aprel 5, 2017 2:16

Aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, aprelin 4-5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 6-da gündüz atmosfer təzyiqinin bir qədər enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 16-21° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.xeber100.com

Aprel 3, 2017 12:10

Aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, aprelin 1-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacağı gözlənilir.xeber100.com

Mart 31, 2017 11:41