Hidrometeorologiya Departamentindən xəbərdarlıq

Yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.Gecə və səhər yolların buz bağlama ehtimalı var.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qar yağacaq, duman olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 7-12° şaxta, bəzi yerlərdə 17°-dək şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 0-4° isti təşkil edəcək. Yollar buz bağlayacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək, qərb küləyi əsəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Yollar buz bağlayacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.xeber100.com

Yanvar 29, 2017 7:56

Yanvarın 29-na gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda yanvarın 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 7-12° şaxta, bəzi yerlərdə 15-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-3°şaxta, gündüz 4-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.xeber100.com

Yanvar 28, 2017 6:46