Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Azərbaycanda noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11° isti, gündüz 13-17° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 1-5° şaxta, gündüz 15-20° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 14-18° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti təşkil edəcək.xeber100.com

Noyabr 7, 2016 11:43

“Çağrı mərkəzləri”nə ümumilikdə 20 331 müraciət daxil olub

Cari ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə ümumilikdə 20 331 müraciət daxil olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, müraciətlərin 19 584-ü və ya 96,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Həmin sorğuların hər biri ilə əlaqədar vətəndaşlara nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən dolğun hüquqi izahatlar verilib. Digər 747 müraciət isə baxılmaq üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib, obyektiv şəkildə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Ötən ay 142 və 190 - “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 29 faizi sosial təminat, 10,9 faizi əmək qanunvericiliyi, 20,6 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub. Eləcə də müraciətlərin 6,9 faizi məşğulluğun təminatı, 3 faizi fərdi uçotun təşkili, 8,4 faizi pensiya və müavinətlər, 10,5 faizi məcburi dövlət sosial sığorta, 5,4 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərini əhatə edib. Sosial təminat sahəsində elektron texnologiyalar üzərində vətəndaşlar üçün şəffaf, əlçatan xidmətlərin mövcud olması bu sahə ilə bağlı müraciətlərin sayının oktyabr ayında da 14,8 faiz azalması ilə müşahidə olunub. Eyni zamanda ötən ay müraciətlərin sayı nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı 31,1 faiz və avtomatlaşdırılmış pensiya təyinatı məsələləri ilə bağlı 49,8 faiz çoxalıb. Bu da nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətlərə ictimai marağın artmaqda davam etdiyini göstərir.xeber100.com

Noyabr 4, 2016 12:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Azərbaycanda noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-16° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 7° şaxta, gündüz 12-17° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2-6° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, axşam isə şərq rayonlarında çiskin olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7° isti, gündüz 11-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com

Noyabr 4, 2016 12:22

“Schneider Electric” şirkəti seminar keçirib

Bakı Ali Neft Məktəbində (BANM) “Schneider Electric” şirkətinin mütəxəssisləri tərəfindən seminar keçirilib.BANM-dən Azərtac-a bildiriblər ki, SOCAR-ın proseslərin avtomatlaşdırılması məsələləri ilə məşğul olan struktur bölmələrinin əməkdaşları üçün təşkil olunan seminarda “Azneft” İstehsalat Birliyinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər qurumların nümayəndələri, eləcə də bu ali məktəbin müəllimləri və tələbələri iştirak ediblər. BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov diqqətə çatdırıb ki, bu ali təhsil ocağında “Schneider Electric” şirkəti tərəfindən keçirilən seminarlar artıq ənənə halını alıb. Bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayan prorektor seminar iştirakçılarına uğurlar arzulayıb. Sonra şirkətin Rusiyadan dəvət olunmuş ekspertlərinin - MDB ölkələri üzrə proseslərin avtomatlaşdırılması marketinqi və biznesin inkişafı üzrə menecer Natalia Nelse, MDB ölkələri üzrə İD PAC məhsul meneceri Nikolay Sobol və baş texniki məsləhətçi Yuri Serebrennikovun mühazirələri dinlənilib, müzakirələr aparılıb. Tədbirdə, həmçinin “Telemetriya, məsafədən SCADA və simsiz sensorlar” və “Neft və qaz sənayesi üçün Modicon M580 kontrollerlərin yeni nəsli” mövzularında dinlənilən məruzələr maraqla qarşılanıb.xeber100.com

Noyabr 4, 2016 11:38

Hidrometeorologiya Departamenti xəbərdarlıq edir

Azərbaycanda noyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti təşkil edəcək. Noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və arabir güclənən külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin və təmiz olması müsbət amildir. Noyabrın 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-6° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 7-12° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-6° isti, gündüz 7-11°isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.xeber100.com

Noyabr 1, 2016 11:20