Dövlət Sərhəd Xidmətinin məlumatı…

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bu ilin sentyabrında dövlət sərhədinin еtibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata kеçirilib, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiyaya, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam еtdirilib. DSX-nin mətbuat mərkəzindən Azərtac-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 36 halda 59 nəfər saxlanılıb. Onların 25-i Azərbaycan, 15-i İran, 6-sı Özbəkistan, 5-i Banqladeş, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan, hər ölkədən bir nəfər оlmaqla Ukrayna, Belçika, Uqanda, Keniya vətəndaşıdır. Sərhəd rеjim qaydalarını pоzarkən yaşıl sərhəddə 7 halda 14, Xəzər dənizində 14 halda 15, Sərhəd Nəzarəti məntəqələrində 848 halda 1153 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq mühafizə оrqanları tərəfindən axtarışda оlan 373 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 5 kilоqram 334,1 qram narkоtik maddə aşkarlanaraq götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində 72 halda ümumi dəyəri təqribən 158 min manat оlan qaçaqmal, о cümlədən 3 ədəd 16 millimetrlik tüfəng, 4 ədəd tank əleyhinə mina, 40 ədəd 9 millimetrlik patron, bir durbin, 8800 ABŞ dolları, 1320 Rusiya rublu, 20 ədəd Ermənistan istehsalı olan spirtli içkilər, 13 min 935 qutu müxtəlif markalı siqaret, 23 mоbil tеlеfоn, 3 qayıq, 4 bıçaq, 358 müxtəlif növ dərman prеparatları, sənayе və kənd təsərrüfatı malları saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.xeber100.com

Oktyabr 11, 2016 11:41

Hidrometeorologiya Departamenti xəbərdarlıq edir

Azərbaycanda oktyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Gecə 14-17° isti, gündüz 20-23° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 22-27° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-14° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.xeber100.com

Oktyabr 10, 2016 11:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti əhalinin ən çox istifadə etdiyi elektron xidmətlərdən biridir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, ölkəmizin elektron arayış sistemində mühüm yer tutan bu e-xidmətdən ötən ay 19 min 922 dəfə istifadə qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında isə “İş yerinə dair arayış” e-xidmətinə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çox, yəni 156 368 dəfə müraciət edilib. Vətəndaşlar “İş yerinə dair arayış” e-xidməti vasitəsilə ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə edə bilir. Artıq bu məqsədlə işəgötürənə müraciət olunmasına, bundan ötrü vaxt və əziyyət sərf edilməsinə ehtiyac qalmır. Əgər şəxs aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində əmək fəaliyyəti ilə məşğul olursa, öz seçiminə uyğun olaraq bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdir. Bu e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli, yaxud müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər aidiyyəti məlumatlar qeyd olunur. “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidməti e-arayışın təqdim edildiyi qurumlara həmin sənəddəki məlumatların düzgünlüyünü yoxlamaq imkanı verir. Qeyd olunanların nəticəsidir ki, hazırda vətəndaşlardan arayışların məhz elektron formada qəbul edilməsinə üstünlük verilir. 2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari il oktyabrın 1-dək 381 554 dəfə istifadə edilib. Ümumilikdə cari ilin 9 ayında əhali nazirliyin e- xidmətlərindən 4 491 884 dəfə faydalanıb. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistik məlumatına əsasən, 2016-cı ilin yanvarın 1-dən oktyabrın 1-dək portalda e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Həmçinin müşahidələrə əsasən, sosial yönümlü elektron xidmətlərə marağın daha çox olduğu, üç rüb ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidmətindən 1 milyon 408 min 190 dəfə istifadə edildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, bu müddət ərzində qurumun ikinci ən çox istifadə olunan elektron xidməti "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. Cari il fevral ayının 22-də elektronlaşdırılaraq portala inteqrasiya edilən bu xidmətdən 1 milyon 203 min 524 dəfə istifadə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 29 elektron xidmət əhalinin istifadəsindədir. Ötən ay vətəndaşlar nazirliyin e-xidmətlərindən 430 845 dəfə faydalanıblar ki, bu da "Elektron hökumət" portalına müraciətlərin 37 faizini təşkil edib.xeber100.com

Oktyabr 10, 2016 10:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Ölkə ərazisində oktyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 20-24° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi arabir güclənəcək. Gecə 7-12°, gündüz 22-27° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 15-20° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 11-16°, gündüz 20-25° təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23°,dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Gecə13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 20-24°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti təşkil edəcək.xeber100.com

Oktyabr 9, 2016 8:21

Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda  oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 23-28° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 14-19° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.xeber100.com

Oktyabr 3, 2016 3:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-22° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 19-24° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 11-16° isti olacağı ehtimal edilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq, cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.xeber100.com

Oktyabr 2, 2016 7:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava proqnozunu açıqlayıb

Azərbaycanda oktyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti təşkil edəcək. Oktyabrın 3-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 20-25° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Gecə 3-6° isti, gündüz 11-16° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13° isti, gündüz 20-25° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var, gündüz hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər duman olacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 1-16° isti təşkil edəcək.xeber100.com

Sentyabr 30, 2016 6:01