Səyyar “ASAN xidmət” vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN xidmət” sentyabrın 5-dən 30-dək Mingəçevir şəhərində vətəndaşlara xidmət göstərəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azərtac-a bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.xeber100.com

Sentyabr 5, 2016 12:13

Milli Hidrometeorologiya Departamentinin məlumatı…

Ölkə ərazisində sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Gecə 18-22°, gündüz 25-29° isti proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Yağıntılar gündüz tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 16-21° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 14-19°, gündüz 23-28° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Gecə 12-17°, gündüz 20-25°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 25-30° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacaq, yağış yağacaq, gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 25-29°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 4, 2016 9:32

Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsindən Azərtac-a bildiriblər ki, müraciətdə belə hava şəraitində sürücülərin ara məsafəsinə və sürət həddinə diqqət etmələri tövsiyə olunur. Diqqətə çatdırılır ki, yay aylarında asfalt üzərinə yığılan toz qatı yağıntı zamanı palçığa çevrilir ki, bu da yollarda sürüşkənliyi artırır. Belə olan halda avtomobillərin sürücüləri hərəkət zamanı əyləcdən istifadə etdikdə adi vaxtlara nisbətdə böyük fərq yaranır. Normal havadakı əyləc məsafəsi ilə yağıntılı havadakı əyləc məsafəsi arasındakı fərq 50 faiz artır. Məsələn, sürücü avtomobili saatda 60 kilometr sürətlə idarə edirsə adi vaxtda əyləc məsafəsi 30 metrdən çox olur. Yağıntılı havada isə bu məsafə 45 metrdən artıq ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsini vacib sayır. Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasazlıq olan avtomobillə yola çıxmaq təhlükəlidir. Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Abşeron yarımadasında, respublikanın digər bölgələrində, xüsusən də dağlıq və dağətəyi ərazilərdə avtomobillə yola çıxan sürücülərdən yollarda son dərəcə diqqətli olmağı xahiş edir. Ara məsafəsi saxlamaq, sürət həddini aşmamaq, ötmə-manevr qaydalarına əməl etmək sürücülərin mənzil başına sağ-salamat çatması üçün olduqca önəmlidir.xeber100.com

Sentyabr 2, 2016 3:04

Hidrometeorologiya Departamentinin hava proqnozu…

Azərbaycanda sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 15-20° isti, gündüz 28-33° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 16-21° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 26-31° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz təsricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.xeber100.com

Sentyabr 2, 2016 2:59

Milli Hidrometeorologiya Departamentinin məlumatı…

Avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 29-34° isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 33-38° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 23-28° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 29-34° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacaq. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-24°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti təşkil edəcək.xeber100.com

Avqust 28, 2016 1:17