“İngilis dili mütəxəssisi” layihəsi çərçivəsində dərs müşahidələri keçirilir

Paytaxtdakı ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsi çərçivəsində dərs müşahidələri keçirilir.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, layihə bu qurumun və ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində reallaşdırılır. Layihənin həyata keçirilməsinin əsas məqsədi xarici dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər əsasında müəllimlərə müvafiq dəstək göstərmək və beynəlxalq təcrübənin məqsədəuyğun tətbiqi baxımından mütəxəssislərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdır.Dərs müşahidələri ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübələrinin dərslərdə tətbiqi məqsədlərinə xidmət edir.Müşahidələr zamanı müəllimlərin dərsləri amerikalı təhsil eksperti Rey Roberts və Təlimə Dəstək Mərkəzinin xarici dillər istiqaməti üzrə mentorları tərəfindən dinlənilir. Təhsil eksperti tədris prosesini “Sinfin idarə olunması” komponenti üzrə qiymətləndirir. Dərslərin yekununda ekspert tədris prosesinin təkmilləşdirilməsi istiqamətində yerli mütəxəssislərlə fikir mübadiləsi aparır və müəllimlərə inkişafetdirici tövsiyələr verir.xeber100.com  

May 19, 2017 12:56