“İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlər qəbul olunur

“eTwinning” üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlər qəbul olunur.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.Müsabiqəyə aşağıda qeyd olunan şərtlərə cavab verən layihələr ilə istənilən “eTwinning” müəllimi qoşula bilər: -Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlmiş olmalıdır; -Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır; -Avropanın 3 ölkəsinin müəllimlərinin cəlb olunduğu beynəlxalq layihə olmalıdır; -Layihə milli kurikuluma əsaslanmalıdır; -Şagird araşdırması layihə fəaliyyətlərində və planlamasında yer almalıdır; -İnformasiya texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir. Müsabiqəyə təqdim olunan layihələr üzrə dekabrın 15-i saat 23:59-dək “eTwinning” portalında qeydiyyat tamamlanmalıdır. Eyni zamanda, müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq.xeber100.com

Noyabr 27, 2021 3:36

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

On altı dövlət orqanında mövcud olan 36 vakant vəzifə üzrə sentyabrın 13-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.Dövlət İmtahan Mərkəzinin məlumatına görə, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 188 namizədlə 188 müsahibənin keçirilməsi planlaşdırılır.Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Dövlət Statistika Komitəsi, Sənaye və tikinti statistikası şöbəsi, Tikinti statistikası sektoru, məsləhətçi (1 vakant yer üzrə 29 namizəd), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Mütəxəssis təhlilləri şöbəsi, baş məsləhətçi (2 vakant yer üzrə 19 nəfər) vəzifələri olub.Müsahibələrin noyabrın 1-dən 30-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə edə bilər.Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Namizədlərin müsahibədə üzrlü səbəb olmadan iştirak etməməsi onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər.Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.xeber100.com

Oktyabr 22, 2021 7:01

Əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Lahor Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə tələbə və müəllim mübadiləsi, tədris prosesinin təşkili və elmi araşdırmalar sahəsində əməkdaşlıq, ikili diplom proqramının yaradılması ilə bağlı müzakirələr aparılıb.BDU-nun rektoru Elçin Babayev 2020-ci ilin Azərbaycan üçün ən əlamətdar tarixlərdən biri olduğunu vurğulayıb. Rektor Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən və işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq və bərpa işlərindən danışıb. O, 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb. E.Babayev iki ölkə arasında yüksək səviyyədə münasibətlər olduğunu diqqətə çatdırıb.Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən E.Babayev imzalanacaq memorandumun əhəmiyyətini vurğulayıb.Tədbir iştirakçılarına bu ilin oktyabrında Bakı Dövlət Universitetində keçiriləcək “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” və Pakistandan olan əsas məruzəçi-iştirakçılar haqqında məlumat verilib.Lahor Universiteti İdarə Heyətinin sədri Üveys Rauf universitetlər arasında əməkdaşlığın elm və təhsil sahəsində əlaqələrə töhfə verəcəyini bildirib. O, müəllimlərə və tələbələrə təqaüdlərin verilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə ikili diplom proqramlarının, kursların və tədris proqramlarının, elmi-tədqiqat və texnoloji inkişaf proqramlarının hazırlanması, tələbə, müəllim və elmi işçi mübadiləsi, birgə tədqiqat layihələrində əməkdaşlıq, onlayn kitabxana və digər informasiya resurs mərkəzlərindən istifadə məsələlərinə toxunub, müxtəlif mövzularda seminarlar, simpoziumlar, tematik müzakirələr, konfranslar təşkil etmək və s. istiqamətdə gələcək fəaliyyətin gücləndirilməsinə yönəlmiş birgə səylərin zəruriliyini qeyd edib. Qeyd edək ki, Lahor Universiteti Pakistanın ən böyük ali məktəblərindəndir. Universitetin 5 filialı, 11 fakültəsi və 40 mindən çox tələbəsi var.xeber100.com

Sentyabr 1, 2021 9:48