Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Avqustun 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları, həmin imtahanda iştirak edib qeyri-məqbul qiymət alan və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri, daha əvvəl keçirilən Azərbaycan dili imtahanlarında iştirak edib qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və ya tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri üçün imtahan keçirilib.DİM-dən Azərtac-a bildirilib ki, imtahan ümumilikdə 8 şəhər və rayonda (Bakı, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz), 11 binada təşkil olunub. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanda 1137 nəfərin iştirakı gözlənilirdi. İmtahanın idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub. İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.Cari ilin məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.Buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili imtahanında iştirak edən şagirdlər üçün bal tələbi yoxdur və imtahan nəticəsi onların yekun attestasiya sənədinə yazılacaq.Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.xeber100.com

Avqust 12, 2021 11:53

Bakı Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar açılıb

Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar açılıb.BDU-dan Azərtac-a bildiriblər ki, yeni açılan filologiya (ingilis dili və ədəbiyyatı); biznesin idarə edilməsi, maliyyə; informasiya təhlükəsizliyi; bitki mühafizəsi ixtisasları əmək bazarında bu sahələrə olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. BDU-nun bakalavriat səviyyəsinin yeni ixtisaslarını seçəcək abituriyentlərə məlumat üçün bildirilir: Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasında təhsil alan tələbələr ixtisas dili üzrə filoloji dünyagörüşü və ixtisaslaşmanı təmin etmək, eyni zamanda, ixtisas üzrə filologiya fənlərini yüksək keyfiyyətlə mənimsətmək, tənqidi mühakimə qabiliyyətini formalaşdırmaq və müxtəlif tapşırıqları yerinə yetirmək bacarıqlarına yiyələnəcəklər. Filologiya ixtisası dilçilik və ədəbiyyatşünaslıqda ixtisas dilinin dil və ədəbi prosesləri, o cümlədən bu iki sahədə gedən ümumi inkişaf meyillərini əhatə edir. Burada filologiyanın xüsusiyyətləri, onun elmi problemləri, dünya filologiya fikri ilə əlaqəsi öz əksini tapır. Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alan tələbələr kommersiya təşkilatlarında maliyyə, marketinq, insan resurslarının idarə edilməsi, strateji planların hazırlanması, beynəlxalq biznes əlaqələrinin qurulması və həyata keçirilməsi məsələlərini öyrənəcəklər. İxtisas, həmçinin bakalavrın praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Biznesin idarə edilməsi ixtisası almış bakalavrlar müəssisənin strateji idarə edilməsi və biznes konsepsiyasının hazırlanması, rəqabətli bazarda marketinq tədqiqatlarının aparılması və satış kanallarının müəyyən edilməsi, beynəlxalq biznes əlaqələrinin qurulması, biznes-planın tərtib edilməsi və həyata keçirilməsi kimi bilik və bacarıqlara sahib olacaqlar. Maliyyə ixtisasında müəssisənin (banklar, özəl şirkətlər, dövlət strukturları və s.) maliyyə əməliyyatlarını həyata keçirmək üçün lazım olan nəzəri və təcrübi bilik və bacarıqlar öyrədiləcək. Maliyyə əməliyyatları dedikdə müəssisənin pul vəsaitlərinin əmələ gəlməsi, bölüşdürülməsi və ona nəzarət, gəlirlərini idarə etmək, ona nəzarəti həyata keçirmək, maliyyə itkilərinin riskini azaltmaq nəzərdə tutulur. Maliyyə ixtisasını əldə etmiş mütəxəssislər dövlət büdcəsinin formalaşması və istifadəsi mexanizmini, beynəlxalq valyuta-maliyyə və kredit münasibətləri, bank sistemi və bankların fəaliyyət mexanizmi, müəssisələrdə pul vəsaitlərinin əmələ gəlməsi, istifadəsi və bu proseslərə nəzarət edilməsi, vergi sistemi və vergiqoymanın ümumi məsələləri, sığortanın iqtisadi mahiyyəti, sığortanın təşkili və sığorta təşkilatlarının fəaliyyət mexanizminin həyata keçirilməsi kimi sahələrdə mütəxəssislər hazırlayacaq. İnformasiya təhlükəsizliyi ixtisası ölkənin müxtəlif sahələrində informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi üçün kadr hazırlığını həyata keçirəcək. İnformasiya təhlükəsizliyi ixtisasına yiyələnənlər dövlət və qeyri-dövlət müəssisələrinin işində informasiya resurslarının və texnologiyalarının rolunun hər gün daha çox artması ilə həmin müəssisələrdə informasiya təhlükəsizliyi məsələlərini həll edə biləcəklər. Ölkədə informasiya sistemlərinin təhlükəsizliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranıb. Tədris yüksəkixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək. Bitki mühafizəsi ixtisası üzrə məzun olan tələbələr müxtəlif araşdırma mərkəzlərində, elmi-tədqiqat institutlarında, ixtisas üzrə təhsil müəssisələrində, balıqların çoxaldılması ilə məşğul olan qurumlarda işləyə biləcəklər. Bitkilərin zərərli orqanizmlərinin inteqrir idarəetmə tədbirlərinin hazırlanması, tətbiqi və yeni bioloji, kimyəvi vasitələrin sınağı, texniki bitkilərin yeni məhsuldar sortlarını yaratmaq və toxumçuluq işinin təşkili, torpağın münbitliyini yaxşılaşdıran, məhsuldarlığı artıran texnologiyaların işlənib hazırlanması istiqamətlərində biliklər tədris ediləcək. Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Burada zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılacaq.xeber100.com

İyul 28, 2021 5:48

Təhsil Nazirliyinin məlumatı əsasında…

Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün iyulun 16-dan alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, alternativ qeydiyyat mərkəzləri bayram günləri qeyri-iş günü olmasına baxmayaraq fəaliyyət göstərəcək.Alternativ qeydiyyat mərkəzləri aşağıdakı ünvanlarda yaradılıb: - Bakı şəhər Nərimanov rayonu 39 nömrəli tam orta məktəb - Ünvan: A.Molla Cümə küçəsi, 24; - Bakı şəhər Yasamal rayonu 53 nömrəli tam orta məktəb - Ünvan: Z. Xəlilov küçəsi, 35; - Bakı şəhər Yasamal rayonu 225 nömrəli tam orta məktəb - Ünvan: Ə. Ələkbərov küçəsi, 507/511; - Bakı şəhər Səbail rayonu 7 nömrəli tam orta məktəb - Ünvan: Ü. Hacıbəyov küçəsi, 28; - Sumqayıt şəhər 36 nömrəli tam orta məktəb (yeni binası) - Ünvan: 20 Yanvar küçəsi, 14/6; - Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey - Ünvan: Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi; - Gəncə şəhər 1 nömrəli tam orta məktəb - Ünvan: İ.Qayıbov küçəsi, 2. Alternativ qeydiyyat mərkəzlərinin bayram günlərində də fəaliyyəti nəzərdə tutulur.Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciət üçün portal.edu.az portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.Qeydiyyatla bağlı suallar yaranarsa, 146 “Qaynar xətt” nömrəsinə də müraciət etmək mümkündür.xeber100.com

İyul 18, 2021 3:01

2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır); - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda aşağıda qeyd olunan kateqoriyaya aid abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər. 1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini DİM-in saytındakı linkdən çap edirlər. 2. Mayın 20-də imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri; 3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları. İmtahanda ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.xeber100.com

İyun 24, 2021 10:39