Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə…

Azərbaycan Dillər Universitetində (ADU) ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda III beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılmışdı. Lakin mövcud pandemiya şəraitində bu konfransın əyani şəkildə keçirilməsi mümkün olmadığından universitet rəhbərliyi, müəllimlər və tələbələrin iştirakı ilə müxtəlif mövzularda onlayn müzakirələr və seminarlar keçirilib. Bu barədə Azərtac-a ADU-dan bildirilib.Konfransın ideya müəllifi rektor Kamal Abdulla bu formatın da həm tələbələr, həm də konfransın digər iştirakçıları üçün faydalı olduğunu bildirib. O qeyd edib ki, hər il belə bir konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində, 2019-cu ildə eyniadlı II konfrans isə respublikamızın 10-a yaxın rayon və şəhərində, məcburi köçkün məktəblərində keçirilib. Belə ki, konfransların açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində və bölgələrimizdə yerləşən Heydər Əliyev mərkəzlərində təşkil edilib.Bu il virtual keçirilən konfransda iştirakçılar öz tezislərini səsləndiriblər. Konfransın elektron poçtuna göndərilən məqalə və tezislərin çap edilməsi də nəzərdə tutulur. Tədbirin müxtəlif virtual seksiyalarında tələbələr Azərbaycandakı multikultural və tolerant mühit, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, müxtəlif ölkələrlə çoxtərəfli əməkdaşlıq və sair mövzularda tezislərlə çıxış ediblər.xeber100.com  

May 10, 2020 5:27

Bakı Dövlət Universitetinin məlumatı əsasında…

Koronavirus (COVID-19) pandemiyası səbəbilə Bakı Dövlət Universitetində (BDU) 2020-ci il 1 aprel tarixindən aktiv formada təşkil edilən onlayn (məsafədən) dərslər uğurla davam etdirilir.BDU-dan Azərtac-a bildiriblər ki, aprelin 10-dan etibarən akademik borcu olan tələbələr kredit borcu formalaşmış fənlər üzrə, normativ təhsil müddətində ali təhsil müəssisəsini bitirə bilməyən tələbələr, 2019/2020-ci tədris ilinin yaz semestrində BDU-da bir ixtisasdan digərinə köçürülən 100-dən artıq tələbə məsafədən təşkil edilmiş dərslərə qoşulub. Dərslərin keyfiyyəti və dərslərə könüllü qoşulan tələbələrin sayında hər gün artım müşahidə edilir.Hazırda Universitetin bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından aktiv şəkildə yararlanır. Gündəlik dərslərin sayı orta hesabla 1500, istifadəçilərin sayı isə 10 000-dən çoxdur. 16 fakültə üzrə 1500-ə yaxın müəllim bu platformadan istifadə edir.“Microsoft Teams” vasitəsilə videokonfrans yaratmaqla mühazirələr təşkil olunur, ev tapşırıqları verilir, sillabus, mühazirə və digər elektron dərs materiallarının tələbələrə ötürülməsi təmin edilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır.Platformanın verdiyi geniş imkanlardan istifadə edərək müvafiq kafedra əməkdaşları arasında onlayn müzakirələr və dərslərin fənn proqramlarını əhatə etməsinə nəzarət həyata keçirilir. Eyni zamanda 2020/2021-ci tədris ilində məzun olacaq tələbələrə Yekun Dövlət İmtahanı üçün ayrılan sualların izah edilməsi, bakalavr və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılması davam etdirilir.xeber100.com

Aprel 19, 2020 8:07

Buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb.DİM-dən Azərtac-a bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər (39 min 672 nəfər) DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini DİM-in saytından öyrənə bilərlər.Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) mart ayının 15-dək olan müddətdə DİM və onun regional bölmələrində ekspertiza (yoxlama) zallarında, kompüter arxasında markerlər tərəfindən yoxlanılıb. Bundan sonra isə respublikada keçirilən sosial təcrid tədbirlərinə uyğun olaraq yoxlama prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün mütəmadi olaraq əvvəlcədən hazırlanan və kalibrə edilən sualların göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.xeber100.com  

Aprel 15, 2020 11:13

20 mindən artıq tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.Qeyd edək ki, bu qrupa aid olunan tələbələr təhsil aldıqları müəssisəyə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər tərəfindən həmin məlumatlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə daxil ediləcək. Sonrakı mərhələdə tələbələrin statusu müəyyənləşdiriləcək və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişləri həyata keçiriləcək.xeber100.com

Aprel 14, 2020 6:13

Bakı Dövlət Universitetində təhsil onlayn formada həyata keçirilir

Ölkədə koronavirusla (COVID-19) bağlı əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbindən Bakı Dövlət Universitetində (BDU) təhsil onlayn (məsafədən) formada həyata keçirilir.BDU-dan Azərtac-a bildirilib ki, tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır.Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkili ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. BDU-da həmin gündən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası təmin edilib. Universitetin bu platformaya daxil edilən 20 mindən çox istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər martın 31-dək “Zoom” platforması və videodərslər vasitəsi ilə tənzimlənib. Mart 29-31-də “Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, aprelin 1-dən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.Vurğulanıb ki, hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən çox aktiv istifadəçisinin yararlandığı platformada bu günədək 8 minə yaxın dərs keçirilib. Gündəlik dərslərin sayı orta hesabla min, istifadəçilərin sayı isə 10 mindir. Platforma BDU tələbələrinin 80 faizini əhatə edir.xeber100.com  

Aprel 10, 2020 7:19