Təhsil Nazirliyinin məlumatı əsasında…

İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanacaq.Bu proses iyulun 8-dək davam edəcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikası vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.Müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyulun ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladıqları bal iki təqvim ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.xeber100.com

İyun 29, 2018 10:27

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, Bakıda keçiriləcək imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və üç saat davam edəcək.İmtahanda iştirak üçün BA qrupu üzrə 329, BB qrupu üzrə 1047, ümumilikdə isə 1376 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Onlara buraxılış vərəqəsi ilə yanaşı, “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Kitabçada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana şəxsiyyəti təsdiqləyən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Həmin sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq qeydə alındıqda namizəd imtahana buraxılmayacaq. Həmçinin imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib ediləcək və onlar binadan uzaqlaşdırılacaqlar.xeber100.com

İyun 29, 2018 10:25

Dövlət İmtahan Mərkəzi 70081 şagird üçün buraxılış imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39 min 554, XI sinif üzrə 30 min 527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.DİM-dən Azərtac-a bildirilib ki, iyunun 27-də ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Doqquzuncu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10-da başlayıb və bir saat 30 dəqiqə davam edəcək. XI sinif şagirdləri üçün isə imtahan saat 15-də başlanacaq və iki saat 45 dəqiqə müddətində aparılacaq.İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.Bu gün, həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olacaq, imtahan prosesini yaxından izləyəcək.Xatırladaq ki, iyunun 28-də isə M.Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.xeber100.com

İyun 27, 2018 12:54

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Həmçinin onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.İmtahana gələn şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 37029 (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) doqquzuncu sinif şagirdinin iştirakı nəzərdə tutulub.On birinci sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 27771 (Bakıda 23978, Şirvanda 776, Naxçıvan Muxtar Respublikasında 3017) on birinci sinif şagirdinin iştirakı gözlənilir.İmtahanların idarə olunmasına ümumilikdə 241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları üçün təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə baxış keçiriləcək. Bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.xeber100.com

İyun 20, 2018 12:23

Ümumtəhsil məktəblərində “son zəng” həyəcanı yaşandı

İyunun 14-də respublikanın ümumtəhsil məktəblərində “son zəng” çalındı.Azərtac xəbər verir ki, Namiq Fərəczadə adına 100 nömrəli məktəbin 11 A sinif şagirdləri də bu gün sevinc və kədər hisslərini eyni vaxtda yaşadı.Məktəblilərin sevincinə səbəb olan əsas amil isə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının birinci mərhələsində göstərdikləri uğurlu nəticələrdir.11 A sinfinin rəhbəri Əsmər Əhmədova şagirdləri ilə qürur duyduğunu söyləyir: “Sinifdəki 20 nəfərdən 16-sı demək olar ki, artıq universitet tələbəsidir. Mənim şagirdlərimə arzularım sonsuzdur. Əminəm ki, onların hər biri Vətənə layiqli övlad olacaq, düşmən qarşısında güclü, vətənpərvər olduqlarını sübut edəcəklər”.Bütün məzunlar kimi, qəbul imtahanının birinci mərhələsində 1-ci qrup üzrə 685 bal toplayan 11A sinif şagirdi Kənan Bəgəliyevin də arzuları böyükdür: “Bütün sinif yoldaşlarıma uğurlar arzu edirəm. İstəyirəm ki, hər biri öz istədiyi universitetdə təhsilini davam etdirsin. Biz bu gün məktəbi bitirdiyimiz üçün kədərlənsək də universitet həyatına başlayacağımız üçün çox həyəcanlıyıq. Çalışacağam ki, topladığım balı ikinci qəbul imtahanında artırım”.Tədbirdə çıxış edən 100 nömrəli məktəbin direktoru Gülnarə Məmmədova bütün məzunları təbrik edib. Qəbul imtahanlarında uğurlu nəticələr göstərən şagirdləri xüsusi vurğulayan təhsil ocağının rəhbəri onların ikinci imtahanda daha yüksək nəticələr göstərəcəyinə əminliyini bildirib.“Son zəng” tədbiri ədəbi-bədii kompozisiya ilə davam edib.xeber100.com

İyun 14, 2018 1:53