8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Avqustun 27-30-da Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) keçiriləcək.BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Fırat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.BDU-dan Azərtac-a bildirilib ki, beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.Konfransın plenar iclasında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiya və Bakı Dövlət universitetlərinin, o cümlədən Rumıniyanın Simion Stoilou Riyaziyyat İnstitutunun alimlərinin məruzələri dinləniləcək.Konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.Konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələr təqdim ediləcək. Tədbirin əsas işçi dili ingilis dilidir. Konfransda təqdim olunacaq məruzələr üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq.xeber100.com

Avqust 22, 2019 10:13

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə avqustun 2-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə sentyabrın 2-si saat 18:00-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.Bu gün saat 12:05-ə olan məlumata görə, ümumi müsahibədə iştirak üçün 44 nəfər müraciət edib.Qeyd edək ki, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 21-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 42-si isə B növünə (inzibati icraçı) aiddir. Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyində 13, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 15, Dövlət Statistika Komitəsində 5, Gəncə Hərbi Məhkəməsində 1, Maliyyə Nazirliyində 3, Milli Arxiv İdarəsində 1, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 5, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2, Şəki Apelyasiya Məhkəməsində 10, Təhsil Nazirliyində 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 6 vəzifə olmaqla 65 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.xeber100.com

Avqust 9, 2019 12:51