Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 28-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildiriblər ki, Bakı şəhərində təşkil olunacaq bu imtahanda iştirak etmək üçün BA qrupu üzrə 332, BB qrupu üzrə 1124, ümumilikdə isə 1456 namizəd qeydiyyatdan keçib.İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda saat 11.00-da başlanacaq və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.xeber100.com

Oktyabr 25, 2018 2:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün seminar keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə təşkil olunan seminarda Nərimanov rayonundakı tam orta məktəblərin ingilis dili müəllimləri iştirak ediblər.Seminarın keçirilməsində əsas məqsəd ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin dərslərdə tətbiq olunmasından ibarətdir. Seminara Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində “Sinfin idarə olunması” mövzusunda keçirilən təlim proqramını müvəffəqiyyətlə başa vuran ingilis dili müəllimi Reyhan Rzayeva moderatorluq edib. O, sinfin idarə edilməsinə dair təqdimatla çıxış edib.Tədbir iştirakçıları şagirdlərin idarə olunması, valideynlərlə işin təşkili, korporativ əməkdaşlıq, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya mövzuları barədə beynəlxalq təcrübə ilə tanış olublar. Seminarda məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsini dəstəkləmək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqla bağlı müəllimlərə tövsiyələr də verilib. Habelə tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə ətrafında ingilis dili müəllimlərinin təəssüratları dinlənilib, suallar cavablandırılıb.xeber100.com

Oktyabr 18, 2018 12:50

Humanitar elmlər üzrə növbəti seminar keçiriləcək

Oktyabrın 18-də Bakı Dövlət Universitetində “Clarivate Analytics” (öncə Tomson Reuters) şirkətinin birgə əməkdaşlığı ilə humanitar elmlər üzrə növbəti seminar keçiriləcək.Universitetdən Azərtac-a bildiriblər ki, seminar çərçivəsində “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakayeva “Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər” mövzusunda təlimlər aparacaq.Təlimlərin əsas məqsədi beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdən ibarətdir.Rus dilində aparılacaq təlimlərin birinci hissəsində “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat veriləcək.İkinci hissədə “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələri təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı layihə haqqında məlumat veriləcək.xeber100.com

Oktyabr 15, 2018 12:02

Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 100-dən çox iştirakçını bir araya gətirəcək.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, sərgidə bu qurum geniş pavilyonda təmsil olunacaq. Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatılacağı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH” qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil - sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək.Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.xeber100.com

Oktyabr 9, 2018 12:17