Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 27-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.İmtahana qeydiyyat yanvarın 10-dan 24-dək aparılıb və bu müddət ərzində 56 namizəd qeydiyyatdan keçib.İmtahan saat 10-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq yarandıqda namizəd imtahana buraxılmayacaq.Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikat alan şəxs nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.xeber100.com

Yanvar 26, 2018 9:50

Polis Akademiyasına kursantların qəbulu başlayıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edir.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildiriblər ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 santimetr), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2018-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2018-ci ilin yanvar, aprel və iyul tarixli çağrışlarında hərbi xidmətə getməli olan çağrışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyənlər müsabiqəyə buraxılmırlar.Sənədlərin qəbulu 2018-ci il yanvarın 10-dan fevralın 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək namizədin daimi qeydiyyat yeri üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.xeber100.com

Yanvar 26, 2018 9:28

“Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

Azərbaycan Texniki Universitetində (AzTU) Tərlan Orucovanın “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub. Bu barədə Azərtac-a AzTU-dan məlumat verilib.Tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar ali təhsil müəssisələrinin qarşısına mühüm vəzifələr qoyulub. Qeyd olunub ki, universitetlərin ictimai təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənc alimlərin və tələbələrin elmi-tədqiqat işlərinin dəstəklənməsi, təhsilin bütün pillələrində keyfiyyətin yüksədilməsi prioritet istiqamətlərdəndir. Prorektor neft kapitalının insan kapitalına çevrilməsinin Prezident İlham Əliyevin sürətli iqtisadi inkişaf xəttinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, son illər AzTU tələbələrinin əldə etdikləri elmi-texniki uğurlardan danışıb.Digər çıxış edənlər də ölkəmizdə elmin inkişafı üçün yaradılan şəraitdən, prioritet sahələrdən və dünya elminə inteqrasiyanı sürətləndirən istiqamətlərdən söhbət açıblar. AzTU tələbələri informasiya texnologiyalarından və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat veriblər. Onlar ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını bildiriblər.xeber100.com

Yanvar 22, 2018 12:53