“Universitetlərin strateji inkişafı” mövzusunda seminar keçirilir

Bakıda Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində “Universitetlərin strateji inkişafı” mövzusunda təlim-seminar keçirilir. Azərtac xəbər verir ki, seminarda Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri və Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev mövzunun əhəmiyyətindən danışıb.Qeyd olunub ki, seminarın məqsədi ali təhsil müəssisələrinin rəhbərlərinə və idarəçilərinə, həmçinin digər müvafiq təşkilatların nümayəndələrinə universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqları aşılamaq, mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.Təhsil ekspertləri Axim Albrext, Lukas Bişof (Almaniya), Maria de Lourdes Maxado-Taylor (Portuqaliya) ali təhsil müəssisələrinin strateji inkişafı barədə fikirlərini bildirib, təlim-seminarın səmərəli olacağına əminliklərini vurğulayıblar.Sonra mütəxəssislərin “Universitetin strategiyasının hazırlanması: qiymətləndirmə və planlaşdırma” və digər mövzularda təqdimatları dinlənilib, geniş müzakirələr aparılıb.Seminar sentyabrın 6-da başa çatacaq.TAIEX proqramının məqsədi təlimlər, seminarlar vasitəsilə Avropa İttifaqı ölkələrində mövcud olan bilik və təcrübəni digər ölkələrdəki dövlət qurumları ilə paylaşmaqdan ibarətdir.xeber100.com

Sentyabr 5, 2017 10:56