Təhsil Nazirliyinin məlumatına görə…

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə başlanılıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, əlavə ixtisas seçimində iştirak üçün “ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür. Sentyabrın 7-dək davam edəcək bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilərlər.İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.Qeyd edək ki, avqustun 1-dən 22-dək keçirilən birinci mərhələdə 8 min 651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.Bakı və Gəncə şəhərlərindəki dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul yalnız “ASAN xidmət” mərkəzlərində aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonlarındakı ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət hesabına qəbul “ASAN xidmət” mərkəzlərində, ödənişli əsaslarla qəbul isə ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir.Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun obyektivliyini təmin etməkdir.xeber100.com

Avqust 30, 2017 4:54

2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində

2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin qeydiyyat vaxtı uzadılıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, avqustun 1-dən 22-dək keçirilən birinci mərhələdə 8 min 651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər avqustun 30-dək (şənbə və bazar günləri daxil olmaqla) təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 santimetr ölçüsündə dörd ədəd fotoşəkli, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisələrinə təqdim etməlidirlər.“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 30-dan start veriləcək.Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib. Ötən tədris ilindən etibarən Təhsil Nazirliyinin və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.xeber100.com

Avqust 28, 2017 10:46

Təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 23-dən 30‑dək internet vasitəsilə ixtisas seçimi elan edir.DİM-dən Azərtac-a bildiriblər ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.xeber100.com

Avqust 23, 2017 11:46