Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən…

Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildiriblər ki, avqustun 7-də saat 12:00-a olan məlumata əsasən, 32 min 609 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib.Birinci qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edirlər. Riyaziyyat, fizika, nəqliyyat tikintisi mühəndisliyi, inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə ümumi balı 250-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) kompüter elmləri ixtisası üzrə isə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan abituriyentlər iştirak edirlər.İkinci qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edə bilərlər.Üçüncü qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edə bilərlər.Dördüncü qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edirlər.İxtisas seçimi avqustun 10-dək davam edəcək.xeber100.com

Avqust 7, 2017 11:35

Abituriyentlər üçün ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildiriblər ki, avqustun 4-də saat 12:00-a olan məlumata əsasən, 23 min 764 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib.Birinci qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edirlər.Riyaziyyat, fizika, nəqliyyat tikintisi mühəndisliyi, inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə ümumi balı 250-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) kompüter elmləri ixtisası üzrə isə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan abituriyentlər iştirak edirlər.İkinci qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edə bilərlər.Üçüncü qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edə bilərlər.Dördüncü qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edirlər.Xatırladaq ki, ixtisas seçimi avqustun 10-dək davam edəcək.xeber100.com

Avqust 4, 2017 12:13

Təhsil Nazirliyinin məlumatına əsasən…

Təhsil naziri Mikayıl Cabbarov gündüz ümumtəhsil məktəblərinin nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, əmrin imzalanmasında məqsəd gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir. Əmrə əsasən, tədrisin Azərbaycan və rus dillərində aparıldığı gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilib.Tədris planına əsasən, gündüz ümumtəhsil məktəblərinin nəzdindəki qiyabi qruplar doqquz nəfərdən az olmamaqla komplektləşdirilir. Qiyabi qruplarda dərslər məktəbin direktoru tərəfindən təsdiq olunmuş cədvəl üzrə həftədə üç gün tədris edilir. Qiyabi qruplarda təhsil alanlar üçün tədris dilindən asılı olaraq, Azərbaycan dili (rus dili), riyaziyyat, fizika, kimya fənlərindən məktəb direktorunun təsdiqlədiyi cədvəl üzrə fərdi məsləhət məşğələləri təşkil edilir. Hər fənn üzrə fərdi məsləhət məşğələsinə həftədə 0,5 akademik saat ayrılır. Tədris olunan fənlər üzrə proqram materiallarının mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə qiyabi qruplardakı təhsilalanların hər birindən şifahi formada zaçot qəbul edilir. Zaçotların qəbulu dərs ili ərzində müəyyən edilmiş günlərdə aparılır. Yarımillik və illik qiymətlər zaçotların nəticələrinə görə müəyyən olunur.xeber100.com

Avqust 4, 2017 12:09