“İnter”in hücumçusu “Paris Sen-Jermen” komandasına transfer edilib

3 Sentyabr 2019 14:19

Xəbər 81 dəfə oxunub

İtaliyanın “İnter” klubunun argentinalı hücumçusu Mauro İkardi Fransanın “Paris Sen-Jermen” komandasına transfer edilib.Azərtac fransalıların rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı forvard 2020-ci ilə kimi Paris təmsilçisinin şərəfini qoruyacaq.Qeyd edək ki, “İnter” Mauronu 2013-cü ildə İtaliyanın digər klubu “Sampdoriya”dan transfer edib. O, “neradzura”nın heyətində 219 oyunda meydana çıxıb, 124 dəfə fərqlənib.xeber100.com

Atletika üzrə 37-ci qış çempionatına start verilib

Yanvarın 24-də Respublika Olimpiya Mərkəzində atletika üzrə 37-ci qış çempionatına start verilib.Azərtac xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğısı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını deyib. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. Ç.Hüseynzadə cari ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan atletlərinin də iştirak edərək medal qazanacaqlarına ümidvar olduğunu bildirib.Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən federasiya prezidenti idmançılara uğurlar arzulayıb.Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva Azərbaycan dövlətinin ölkəmizdə idmanın inkişafına diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.Ümumilikdə 130 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Yarışlarda Bakı şəhəri ilə yanaşı, Gəncə, Bərdə və Sumqayıtdan olan atletlər də iştirak edirlər. Çempionatda 11 komanda mübarizə aparır. Qaliblər İstanbulda keçiriləcək qapalı məkanlarda Avropa kubokuna və Balkan ölkələrinin iştirakı ilə təşkil olunacaq beynəlxalq turnirə qatılmaq hüququ qazanacaqlar.xeber100.com

Yanvar 24, 2020 16:57