“King Salman World Cup” dünya çempionatının vaxtı açıqlanıb

19 Noyabr 2019 14:14

Xəbər 108 dəfə oxunub

Rapid və blits üzrə “King Salman World Cup” adı altında keçiriləcək dünya çempionatının yeri və vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, bu nüfuzlu yarış dekabrın 25-dən 30-dək Moskvada keçiriləcək. Yarışın açılış mərasimi dekabrın 25-də olacaq. Dekabrın 26-dan 28-dək rapid, ayın 29-dan 30-dək blits yarışları keçiriləcək. Dünyanın ən güclü şahmatçılarının qatılacağı “King Salman World Cup” dünya çempionatı ötən il Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunub.xeber100.com

Azərbaycan Gimnastika Federasiyasının məlumatı

Milli Gimnastika Arenası dekabrda daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılmış “COVID-19” pandemiyası ilə əlaqədar bu yarış da təxirə salınıb. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirib. Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında Avropa Gimnastikası yarışın Bakıda keçirilməsi barədə qərar qəbul edib.Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov çempionatların yeni tarixi ilə bağlı qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib :“Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin Avropa Gimnastikası qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəli hesab olunmazsa biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır”.Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat “Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı dekabrın 9-13-də keçiriləcək.xeber100.com

İyun 29, 2020 11:19