Onlayn şahmat turnirinin ilk dörd turunun oyunları keçirilib

20 May 2020 09:23

Xəbər 33 dəfə oxunub

Hazırkı dünya çempionu Maqnus Karlsen tərəfindən təşkil edilən “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirinin ilk dörd turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, 4 turdan 3 xal toplayan amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, norveçli Maqnus Karlsen, rusiyalı Sergey Karyakin liderlər qrupunda qərarlaşıblar.Qeyd edək ki, yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir.Bundan əvvəl, aprelin 18-dən mayın 3-dək seriya turnirinin birinci mərhələsi – “Magnus Carlsen Invitational” turniri keçirilib. Yarışın qalibi M.Karlsen olub.Seriyanın üçüncü mərhələsi olan “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi – “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.Avqustun 9-dan 20-dək isə “Grand Final” keçiriləcək.Beş turnirdən ibarət seriya yarışının ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24