Ənənəvi şahmat festivalı olan Mixail Çiqorin Memorialı oktyabr ayında Sankt-Peterburqda keçiriləcək. Sayca 25-ci dəfə təşkil olunacaq yarışma kişi şahmatçılar arasında Rusiya Kubokunun mərhələsi və dünyanın ən iri turnirlərindən biridir.Azərtac xəbər verir ki, yubiley festivalında dünyanın 20 ölkəsinin şahmatçıları, o cümlədən bir çox məşhur Kaissa ustaları mübarizə aparacaqlar. Yarışlarda hərəsi 3 dəfə Çiqorin Memorialının qalibləri olmuş qrossmeysterlər Sergey Volkov və Kirill Alekseyenko iştirak edəcəklər.Çiqorin Memorialına, həmçinin FIDE versiyası üzrə dünya çempionu, beynəlxalq qrossmeyster Aleksandr Xalifman və vitse-çempion, beynəlxalq qrossmeyster Qata Kamski qatılacaqlar.Sabah XXV şahmat festivalı Sankt-Peterburqda blits-turnirlə açılacaq. Əsas turnir olan Rusiya Kuboku mərhələsi İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Blitsdə 300 şahmatçı, o cümlədən 32 qrossmeyster mübarizə aparacaq. Azərbaycanlı şahmatçılar – beynəlxalq usta Kamal Ağasıyev, FIDE ustası Altay Eynullayev, həmçinin Vüsal Abbasov, Atilla Eynullayev, Fərid Mustafayev, Kamal İsfəndiyarlı, Emin Xəlilov və Fikrət Yusifzadə iştirakçıların siyahısındadırlar.Çiqorin Memorialı oktyabrın 26-dan noyabrın 5-dək “Park Krestovski” otelində keçiriləcək.Vaxta nəzarət – 90 dəqiqə üstəgəl ilk gedişdən başlayaraq hər bir gediş üçün 30 saniyədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…