UEFA Çempionlar Liqasının beşinci turuna yekun vurulub

28 Noyabr 2019 10:56

Xəbər 39 dəfə oxunub

Noyabrın 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə E, F, G və H qruplarında yer alan komandalar üz-üzə gəlib.Gün ərzində oynanılan görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

E qrupu:

“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) – 1:1;

“Genk” (Belçika) – “Zaltsburq” (Avstriya) – 1:4.

F qrupu:

“Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) -3:1;

“Slaviya” (Praqa, Çexiya) – “İnter” (İtaliya) – 1:3.

G qrupu

“Zenit” (Rusiya) – “Lion” (Fransa) – 2:0;

“Leypsiq” (Almaniya) – “Benfika” (Portuqaliya) – 2:2.

H qrupu

“Valensiya” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:2;

“Lill” (Fransa) – “Ayaks” (Hollandiya) – 0:2.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20