Ümumdünya Şahmat Olimpiadasının yarışları keçirilib

27 İyul 2020 18:09

Xəbər 465 dəfə oxunub

Ümumdünya Şahmat Olimpiadasının baza divizionunda ikinci günün yarışları keçirilib.Azərtac FIDE-nin saytına istinadla xəbər verir ki, yarışın A qrupunda Myanma, B qrupunda Livan, C qrupunda isə Kipr komandası liderliklərini davam etdirirlər. Komandaların hər birinin aktivində 12 xal var.Bu gün baza divizionunda seçmə xarakteri daşıyan ilkin mərhələnin sonuncu gününün yarışları keçiriləcək. Turnirdə A, B və C qruplarının hər birində 10 komanda olmaqla, ümumilikdə 30 kollektiv mübarizə aparır.Baza divizionunda seçmə yarışların növbəti mərhələsi iyulun 29-dan 31-dək keçiriləcək.Turnirə, ümumilikdə 163 komanda qatılıb. Ən güclü komandalar, o cümlədən Azərbaycan şahmatçıları top divizionda mübarizə aparacaqlar. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Olimpiada avqustun 30-dək davam edəcək.Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.xeber100.com