Voleybolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib

8 Sentyabr 2019 15:41

Xəbər 434 dəfə oxunub

Sentyabrın 7-də Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, finala vəsiqə uğrunda görüşdə Serbiya millisi İtaliyanı, Türkiyə seçməsi isə Polşanı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, çempionatın finalında Serbiya millisi Türkiyə ilə qarşılaşacaq. İtaliya və Polşa komandaları isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya və Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub – 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.Çempionatın final və üçüncü yer uğrunda matçları sentyabrın 8-də Türkiyədə təşkil olunacaq.Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin hakim təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, FIFA referilərindən Əliyar Ağayev “Kəpəz” – “Baku Sportinq” matçını, Rauf Cabbarov isə “Kür-Araz” – “Araz-Naxçıvan” görüşünü idarə edəcək. Bu raundun qarşılaşmaları üç günü əhatə edəcək. Azərbaycan Kuboku II təsnifat mərhələsi 28 noyabr (çərşənbə axşamı) 13:30. “Karvan” – “Difai Ağsu” Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Mübariz Hüseynov Yevlax şəhər stadionu. 13:30. “Araz Saatlı” – “İrəvan” Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: İlham Əliyev Saatlı OİK stadionu. 13:30. MOİK – “Cəbrayıl” Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Rüfət Əmirov Binə qəsəbə stadionu. 15:00. “Şəfa” – “Səbail” Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Elman Musayev “ASCO Arena”. 17:00. “Turan Tovuz” – “Göygöl” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Anar Şixəliyev Tovuz şəhər stadionu. 29 noyabr (çərşənbə) 13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan” Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Azər Əsgərov Şamaxı OİK stadionu. 13:30. “Kəpəz” – “Baku Sportinq” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Nəriman Axundov Tovuz şəhər stadionu. 15:00. “Kür-Araz” – “Araz-Naxçıvan” Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Kifayət Mustafayeva “Dalğa Arena”. 18:00. “Lerik” – “Sumqayıt” Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elgiz Abbasov “Kapital Bank Arena”. 30 noyabr (cümə axşamı) 13:30. “Zaqatala” – “Şamaxı” Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Erkin Hüseynov Zaqatala OİK stadionu. 13:30. “İmişli” – “Mingəçevir” Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Seymur Səlimli.xeber100.com

Noyabr 27, 2023 15:22

BMT Baş Assambleyası Paris Oyunları dövründə Olimpiya barışığı elan edilməsinə çağırıb

BMT Baş Assambleyası növbəti il Fransa paytaxtında keçiriləcək Olimpiya Oyunları dövründə barışığa əməl edilməsi ilə bağlı ölkələrə çağırış ehtiva edən qətnamə qəbul edib. BMT Baş Assambleyasının bu sənədini 2024-cü il Olimpiya Oyunları təşkilat komitəsinin rəhbəri Toni Estange Parisdə təqdim edib. O deyib: “Olimpiya Oyunları idmanın gücünün ən yaxşı təcəssümüdür, çünki onlar qlobal dəyərlər kimi tolerantlıq, hörmət və qarşılıqlı mübadilə nümayiş etdirir. Müasir Olimpiya Oyunlarının dirçəlişi ilə əlaqəli bir ölkə 100 illik fasilədən sonra 33-cü Yay Olimpiya Oyunları və sayca 17-cisi keçiriləcək Paralimpiya Oyunlarına ilk dəfə ev sahibliyi edəcək... Mən Parisdə 2024-cü il Paralimpiya və Olimpiya Oyunları kontekstində daha yaxşı idman dünyası üçün qətnaməni təqdim etməkdən şərəf duyuram”. Təqdim olunan “İdman və Olimpiya ideallarının təcəssümü vasitəsilə planetdə sülhün bərqərar olması və daha xoşbəxt həyatın qurulması” adlı qətnamə doqquz bənddən ibarətdir. Birincisi, Olimpiadanın açılışına yeddi gün qalmış başlayan və Paralimpiya Oyunlarının bağlanış mərasimindən yeddi gün sonra başa çatan müddət ərzində Olimpiya barışığına hörmət etməyə, habelə idmançıların, rəsmi nümayəndələrin və bütün digər akkreditə olunmuş şəxslərin təhlükəsiz keçidini, girişini və iştirakını təmin etməyə çağırışdır. Bundan əlavə, sənəddə "idman potensialını maksimum dərəcədə artırmaq məqsədilə üzv ölkələr, BMT, eləcə də ixtisaslaşmış qurumlar, fondlar və proqramlar, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi arasında əməkdaşlıq alqışlanır".xeber100.com

Noyabr 22, 2023 13:58