Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Forum çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, əməkdaşlıq müqaviləsində xalq yaradıcılığı, kitabxana və muzey işi, kinematoqrafiya sahələrində əməkdaşlığın aparılması və birgə layihələrin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil proqramları çərçivəsində əməkdaşlıq, musiqi və sirk kollektivləri, ayrı-ayrı ifaçılar və musiqi sənəti sahəsində mütəxəssislərin mübadiləsi, mədəniyyət və incəsənət üzrə ali və orta təhsil müəssisələri, teatrlar arasında birbaşa əlaqələrin inkişafı, eləcə də qarşılıqlı beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələləri öz əksini tapıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”