Noyabrın 12-də Nizami Kino Mərkəzində “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri və filmin yaradıcı heyəti iştirak ediblər.
Qonaqlar əvvəlcə filmin mövzusunu, minatəmizləmə fəaliyyətini və bu sahədə çalışan qadınların gündəlik həyatını əks etdirən sərgi ilə tanış olublar.
Filmin nümayişindən əvvəl çıxış edən hərbi jurnalist Heydər Mirzə mina təhlükəsinin Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olduğunu vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinin əhəmiyyətindən, bu prosesdə iştirak edən insanların həyata keçirdikləri missiyadan danışıb.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında bildirib ki, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 444 nəfər mina qurbanı olub, onlardan 73-ü həyatını itirib. O qeyd edib ki, aparılan təhlillərə əsasən, mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib. Bu fakt işğaldan azad edilmiş ərazilərin nizamsız şəkildə minalandığını göstərir.
Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli, riskli bir işlə məşğul olsalar da, evdə hər şeyi unudub bir ana, bir həyat yoldaşı kimi sevdiklərinin yanında olurlar.
Ekran əsərinin artıq ilk uğurları da var. Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində filmin ilk dünya premyerası keçirilib. Burada film “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb.
Nizami Kino Mərkəzindəki təqdimat zamanı film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”