Noyabrın 13-də “The Ritz-Carlton” hotelində master-klass və kulinariya nümayişi təşkil olunub.
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bu ölkənin dünya üzrə səfirlikləri, konsulluqları və İtaliya Ticarət Agentliyinin (ITA) nümayəndəlikləri vasitəsilə həyata keçirdiyi təşəbbüsün əsas məqsədi İtaliyanın zəngin qastronomik irsini tanıtmaq, eləcə də italyan ərzaq və şərab məhsullarının beynəlxalq bazarlardakı mövqeyini gücləndirməkdir.
Artıq Azərbaycanda İtaliyanın təbliğinə yönəlmiş ənənəvi illik proqramın tərkib hissəsinə çevrilən bu təşəbbüs ölkə mədəniyyətinin ən parlaq nümunələrindən olan zəngin qastronomik irs vasitəsilə iki xalqı daha da yaxınlaşdırmaq üçün mühüm fürsətdir.
Tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib ki, builki tədbir 2025-ci ilin dekabrında İtaliya mətbəxinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, bu tanınma İtaliya kulinariya ənənələrinin zənginliyi və müxtəlifliyi ilə yanaşı, onların arxasında dayanan dəyərləri də təqdir edir. Bunlara ərzaq məhsullarının keyfiyyəti, yerli məhsullara və mövsümiliyə hörmət, dayanıqlılıq, bilik və təcrübənin nəsildən-nəslə ötürülməsi, hər şeydən əvvəl isə yeməyi bölüşmək və süfrə ətrafında bir araya gəlmək ənənəsi daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”